Cahangir Hacıyevin həbsi ilə bağlı daha bir XƏBƏR

05.12.2015 - 16:26

cahangirAzərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həbs olunmasına dair yayılan məlumatlar təsdiqini tapmır.

Virtualaz.org saytı hüquq-mühafizə orqanlarından öyrənə bilib ki, onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) dindirilməsi davam edir.

Beynəlxalq Bankın milyardlarla manatlıq qaytarılmayan kreditləri işi üzrə istintaq çərçivəsində C.Hacıyev az qala hər gün “Bandotdel”də ifadə verir.

Mənbə bildirib ki, o, növbəti dəfə noyabrın 4-də ifadə vermək üçün “Bandotdel”ə aparılıb, ancaq hələ həbs olunmayıb. Mənbə istintaq proseslərinin C.Hacıyevin həbsi ilə nəticələnəcəyini istisna etmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=43188

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31