Xəzərə axan qanın sirri açılıdı

16.02.2014 - 13:49

Xəzərə axan qanın sirri açılıdı

Mirsalam Qəmbərov: “Biz nümunə götürmüşük, sabah nümunələr təhlil olunacaq” 

 

Bulvar ərazisindən Xəzər dənizinə axıdılan qırmızı mayenin qan olduğu təsdiqlənib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov ANS PRESS-ə açıqlamasında, dənizə axıdılan qanın qəssabxanalarda kəsilən mal-qaranın qanı olduğunu söyləyib: “Bizim ilkin məlumatlarımıza görə, bu qan qəssabxanalardan və müxtəlif heyvan kəsilən yerlərdən axıdılan qandır. Biz nümunə götürmüşük. Sabah nümunələr təhlil olunacaq. Götürülən qanın bütün parametrləri təstiq olunandan sonra konkret tədbirlər görəcəyik”.
M.Qəmbərov bildirib ki, dənizə qan axıdan şəxslər barəsində nazirlik tərəfindən xüsusi tədbirlər görüləcək: “Həmin şəxslər barəsində İnzibati xəta haqqında protokol tərtib olunacaq. Və həmin insanlar, fiziki və ya hüquqi şəxslər, bizə verilən səlahiyyət çərçivəsində öz cəzasını alacaqlar. Onlar barəsində cərimə qərarı tətbiq olunacaq. Bunu edən insanlar qanmalıdırlar ki, yağış suyu kollektorlarına özbaşına müdaxilə etmək olmaz”.
Xatırladaq ki, ötən gün səhər saatlarında yeni salınan bulvar ərazisindən Xəzər dənizinə qırmızı axıntılar müşahidə edilib. Bu proses səhər saat 7-dən 8-ə kimi davam edib.
 
müsavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=4322

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031