Kəmaləddin Heydərov ikiqat atəş altında

16.02.2014 - 16:30

FHN şefi hakimiyyətin gözündən düşüb, Ankaradan
isə ardıcıl dosyelər gəlir

Kəmaləddin Heydərov artıq özünün yüksəliş
dövrünü arxada qoyub və “məğlubedilməz” kimi görünən “fövqəlgüc” çətin dövrə
qədəm qoyub

 

Ölkə
mediasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qorunması üçün bəzi
dairələr əllərindən gələni edirlər. Amma nəticə heç də müsbət deyil. Kəmaləddin
Heydərov artıq özünün yüksəliş dövrünü arxada qoyub və “məğlubedilməz” kimi
görünən “fövqəlgüc” çətin dövrə qədəm qoyub. Ötən saylarımızda K.Heydərovun
hakimiyyətdaxili durumunun gərginləşməsi, qruplardaxili mübarizədə manevrləri
və bunun nəticəsində hər iki tərəfdə etimadı itirməsi haqda yazmışdıq. Həmçinin
FHN rəhbəri ilə bağlı Ankaradan da ciddi mesajlar gəldiyini bildirmişdik.

Türkiyədəki
qaynaqların məlumatına görə “17 dekabr operasiyonu”- da adı keçən
azərbaycanlı dövlət məmurları içində ilk sırada dayananlardan biri Fövqəladə
Hallar naziri Kəmaləddin Heydərovdur. Onun adı korrupsiya əməliyyatlarında,
çirkli pulların yuyulmasında keçir. K. Heydərov bu prosesi özünün firmaları və
şirkətləri vasitəsi ilə həyata keçirib. Daha sonra adı Beynəlxalq
təhlükəsizliklə bağlı Hesabatlarda qaçaqmalçılıq edən, PKK ilə əlaqədə olan
adamlar gəlir, bunları isə biz zaman- zaman yerli və beynəlxalq mediada
eşidirik.

Türkiyədəki
mənbənin “Yeni Cumhiriyyət” qəzetinə daxil olan məlimata görə Kəmaləddin
Heydərovun adı müxtəlif növ gizli yükdaşımalarından tutmuş dini qrupların maliyələşməsinə qədər geniş bir
çətəni əhatə edir: “Çox maraqlıdır ki, bu çətənin Azərbaycandan başlayan
bağlantıları nəinki Türkiyə, İran, hətta Suriyaya qədər gedib çıxır. Bu barədə
verilən bilgiləri təsdiqləyici faktlarımız hələ ki yetərli olmadığından
araşdırmalarımızı davam etdirəcəyik. Amma bir şey faktdır ki, son zamanlar
Azərbaycanlıların Suriyada peyda olması, gizli bazarlaşmalarda iştirak
etmələri, hətta döyüş meydanlarında həlak olmaları ilə bağlı həm statsitik
rəqəmlər, həm də gələn məlumatlar artmaqda və narahatlıq doğurmaqdadır.

Mənbəmizin
verdiyi məlumata görə beynəlxalq və daxili güclərin diqtəsi ilə 17 dekabrda
qardaş ölkədə başlayan anti korrupsiya əməliyyatından sonra iqtidarının onurunu
zədələyən və hətta hakimiyyətini itirmək təhlükəsi ilə üzləşən Ərdoğan
hakimiyyəti bu ləkəni təmizləmək üçün bəzi addımlar atmaq məcburiyyətindədir.
Bu üzdən Türkiyə höküməti regional cinayətkar şəbəkəyə himayədarlıq edən,
Türkiyə, İran, Suriya və Azərbaycanda daxil olmaqla geniş bir siyahı hazırlanıb
ki, həmin siyahıda olanlar dərhal məsuliyyətə və ya istintaqa cəlb
edilməlidirlər. Həmin siyahıda Azərbaycanda vəzifə tutan 11 nəfərin adı var.
Çox maraqlıdır ki, siyahıya Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov
rəhbərlik edir”

Məlumatı
verən mənbə iddia edir ki, əslində “fövqəlnazir”in zəiflədilməsi prossesində
Türkiyədə Ərdoğan iqtidarı ilə Gülən camaatı arasında başlanan qovğalar bir
qədər də təkan verib. Bir ay əvvəl Türkiyədə başlayan böhran Azərbaycana da
təsir etməyə başlayıb. Fətullah Gülənin camaatı olan nurçuların Azərbaycanda
tekstildən tutmuş səhiyyə və təhsilə qədər böyük bir şəbəkəyə nəzarət etmələri
əslində burada bəzi oliqarx-məmurların də vəziyyətini gərginləşbirib. Məlumatlara
əsasən Gülənlə münasibətləri gərginləşən Ərdoğan iqtidarı Azərbaycan
hakimiyyətinə də strateji müttəfiq olaraq mesajlar yollayıb. Bu barədə daxil
olan informasiyalara əsasən Ərdoğan Bakıya Gülən camaaatı ilə sıx iqtisadi bağı
olan Kəmaləddin Heydərovla bağlı dosye də yollayıb. Hətta Türkiyə prezidentinin
Azərbaycan preidentindən “fövqəlnazir”lə bağlı konkret olaraq tədbirlər
grməsini də istəyib. Məlumatlara əsasən Türkiyədə “yolsuzluq əməliyyatı”
çərçivəsində həbs edilən Sədərək Gömrüyünün rəisi Mirməhəmməd Seydiovun  istintaqa verdiyi ifaədələr zamanı da müdhiş
faktlar açıqladığı bildirilir. Qeyd edilir ki, gömrük rəisi
Azərbaycan-Türkiyə-İran marşurutu üzrə böyük bir ticarət dövriyyəsinə
patronajlıq edən Kəmaləddin Heydərovun adını çəkib. Bundan sonra isə Rəsmi
Ankara Azərbaycana iqtidarına təcili olaraq Heydərovun barəsində tədbirlər
görməsini istəyib. Məlumatlara əsasən hələlik konkret olaraq tədbirlər
görülməsə də, fövqəladə hallar nazirinin durumu kifayət qədər ağırlaşıb.

Bildirilir
ki, Azərbaycan prezidenti həmçinin də Türkiyə ilə tekstil ticarətində məlumatı
olmadığı bilgilər də alıb. Ərdoğanın Bakıya yolladığı məxfi dosyedə məhz hansı
oliqarxların Gülən camaatının nəzarətində olan tekstil biznesinə birbaşa olaraq nəzarət etməsi barədə bilgilər də var.
Böyük pulların dövr etdiyi bu ticarət barədə isə uzun illərmiş ki, prezidentə
hç bir məlumat verilmirmiş. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycana tekstil
idxalı ilə bağlı qadağalar tətbiq edilməyə başlayıb. Türkiyədən Azərbaycana
tekstil idxal edən fərdi sahibkarlar isə bununla əlaqədar olaraq Kəmaləddin
Heydərovu ittiham edirdilər.

Apardığımız
araşdırmalara və Türkiyədəki mənbələrin verdiyi məlumata görə AKP hökümətinin
FHN rəhbərindən narazı düşməsi və bu narazılığın onun məsuliyyətə cəlb
olunmasının tələb edilməsinə qədər gedib çıxması “fövəqlnazir”-in
“Korrupsiya Əleyhinə Böyük Əməliyyatlar”- da hədəf olması ilə yanaşı onun
Suriyada və xüsusən qardaş ölkə ilə düşmən münasibətdə olan İsraıldə rəsmi
Ankaranın maraqlarına zidd fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyətin nədən ibarət
olması barədə bizdə müəyyən bilgilər olsa da hazırda bu yöndə araşdırmalarımız
davam etdiririk.

 

Elçin
Əmirov

Short URL: http://www.cumhuriyyet.net/?p=4330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930