Öcalan yenə də Türkiyəni qarışdırdı

16.02.2014 - 16:37

Öcalan yenə də Türkiyəni qarışdırdı

PKK lideri Abdulla Öcalanın Türkiyəyə gətirilməsinin ildönümü ilə əlaqədar Hakkari – Van magistral yolunda 50 nəfərdən ibarət bir qrup etiraz edib. Etirazçılar yoldan keçən maşınların qarşısını kəsib
Aksiya iştirakçılarını dağıtmaq üçün əraziyə texnika yeridilib. Nümayişçilər molotov kokteyli, daş və fişənglərlə polislərə hücum edib, toqquşmalar zamanı yoldan keçən bir vətəndaş başından yaralanıb. 7 nəfər saxlanılıb. Əyalətdə vəziyyət gərgin olaraq qalır. 
Antalyada isə bir qrup Barış və Demokratiya Partiyasından olan nümayişçi əllərinə Abdullah Öcalanın şəkillərini tutaraq yürüş etməyə cəhd edib. 300-ə yaxın partiya fəalı ilkin olaraq partiya binasında bir araya gəlib. Əraziyə gələn polis aksiya iştirakçılarının Öcalanın posterləri ilə hərəkətinə imkan verməyəcəkləri barədə xəbərdar edib. Muratpaşa məscidi yaxınlığında çevik polis alayı iğtişaş əleyhinə “TOMA” texnikası ilə etirazçıların aksiyasına mane olub. Nümayiş tramvay yolunun yaxınlığında baş verdiyindən, tramvayların hərəkətində təxminən 1 saat fasilə yaranıb. Sonradan etirazçılar insident baş vermədən ərazidən dağılışıb.
Gecə saatlarında isə Türkiyənin Cizrə şəhərində PKK-çı nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edib. Etirazçılar polisi Molotov kokteylər və fişənglərdən atəşə tutub, qarşı tərəf kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə edib. 
Abdulla Öcəlanın Türkiyəyə gəlişinin il dönümü ilə bağlı oxşar aksiyalar Hakkari, Batman, Şırnak, Diyarbəkir və Vanda da keçirilib. PKK fəalları liderləri Abdulla Öcalanın tutulmasının 15-ci ildönümündə onun davamlı həbsinə qarşı etiraz ediblər. 
Abdulla Öcalan Türkiyə xüsusi təyinatlıları tərəfindən 1999-cu ildə Kenyada ələ keçirilib və təyyarə ilə Türkiyəyə gətirilib. PKK lideri barədə ilk əvvəl ölüm cəzası qərarı verilsə də sonradan Qərbin basqıları ilə edam qərarı ömürlük həbs müddətinə dəyişdirilib. Hazırda o, cəzasını İstanbul yaxınlığındakı adada çəkir.
 
Politika.az
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031