SOCAR-ın yanacaq oyunu faş oldu
Tarif Şurasının benzinin qiymətinin
qaldırılması ilə bağlı qərarı qüvvədən düşdü
Nazirlər Kabineti neft şirkətin bahalaşmadan
maksimum gəlir götürməsini təmin edib
Azərbaycan hökumətinin benzinlə bağlı qərarının nədən ibarət
olduğunu analiz etmək artıq mümükün deyil. Belə ki, bu istiqamətdə 2013-cü ilin
dekabrın 2-dən 2014-cü ilin fevralın 6-na kimi bir-birinə ziddiyyət təşkil edən
qərarlar verilib. Məsələni daha da aydın təsvir etmək üçün həmin qərarlara
nəzər yetirək.
Dekabrın 2-də Tarif Şurasının 14 sayı qərarı ilə neft
məhsullarının tarifləri qaldırıldı. Bu qərara əsasən, dizel yanacağının və
Aİ-95 benzinin qiyməti 33 faiz, Aİ-80-nin 30 faiz, Aİ-92-nin isə qiyməti 27
faiz bahalaşdı. O zaman Tarif Şurasının qərarından bəlli oldu ki, əslində
qiymətlər şirkət daxili deyil, aksiz dərəcələri üzrə artıb. Belə ki, Aİ-95 üzrə
aksiz dərəcəsi 101 faizdən 159 faizə, Aİ-92 üzrə 92 faizdən 134 faizə, Aİ-80
üzrə 93-dan 134 faizə, dizel yanacağı üzrə 57 faizdən 77.6 faizə qaldırılıb.
O zaman bu məsələdə diqqət çəkən məqamlardan biri aksiz üzrə
vergi dərəcələrinin artırılması ilə bağlı Nazirlər Kabinetinin hər hansı bir qərarının
olmaması idi. Çünki Tarif Şurası ancaq bundan sonra həmin sənədə əsasən,
yanacağın qiymətini artıra bilərdi.
Lakin üzərindən 2 ay keçəndən sonra NK-nın 333 saylı qərarı
üzə çıxdı. Həmin sənəddə göstərilir ki, Nazirlər Kabineti 2013-cü il 2 dekabr
tarixində neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin
dəyişdirilməsi barədə qərar çıxarıb. Elə həmin gündə Tarif Şurasının dərhal
benzinin qiymətini artırmaq qərarına gəlməsi isə bir qədər qeyri-peşəkar
hazırlanmış ssenari idi. Bu o deməkdir ki, keçirilən iclaslar protokal
xarakteri daşıyır, bütün ssenarilər öncədən yazılır.
Yanacağa tətbiq olunan aksiz dərəcələrinin artırılmasının
üzərindən 2 ay keçməmiş, Nazirlər Kabineti 35 saylı qərarı ilə vergi
dərəcələrini 2-3 dəfə azaldılması haqqında qərar verdi. Qərara əsasən, aksiz
vergi dərəcəsi Aİ-95 avtomobil benzini üzrə 2,5 dəfə (64 faizə), Aİ-92 və Aİ-80
avtomobil benzinləri üzrə 2 dəfə (65-66 faizə), dizel yanacağı – 3,2 dəfə (18
faizə) endirildi. Lakin aksiz dərəcəsinə görə bahalaşan benzinin qiyməti
dəyişməz olaraq qalır
Short URL: http://www.cumhuriyyet.net/?p=4338