Şamaxıda aqrar talan
Dövlətin
subsidiyalar üçün ayırdığı yüz min manatlarla vəsaitin mənimsənilir
Şamaxı rayonundan daxil olan məlumata görə, rayon icra başçısı Asif Ağayev müavini, Aqrar məsələlər üzrə şöbənin müdiri Sərdar Ömərovun əli ilə ildə bir neçə dəfə dövlətin subsidiyalar üçün ayırdığı yüz min manatlarla vəsaitin mənimsəyirlər. Daxil olan məlumatda bildirilir
ki, Şamaxı kənd icra nümayəndəliklərinin taxıl və yonca əkilməsi üçün Aqrar
şöbəyə verdikləri arayışların bir hissəsi şöbə müdiri ilə razılaşdırılmış
şəkildə şişirdilərək sənədləşdirilib.
Qeyd edək ki, Nazirlər Kabineti
Kənd Təsərrüfatı nazirliyinin xətti ilə rayon icra hakimiyyətlərinin nəzarəti
altında ölkədə Taxıl əkən vətəndaşlara 1 ha taxıl üçün 80 manat, 1 ha yonca əkmək üçün isə 40
manat vəsait verir. Mənbə bildirir ki, İcra başçısının aqrar məsələlər üzrə
müavini Ömər Sərdarov yerli icra nümayəndəlikləri ilə birgə bələdiyyə
torpaqlarında taxıl və yonca əkilməsi ilə bağlı sənədləşdirmə apararaq dövlətin
külli miqdarda vəsaitini mənimsəyib.
Məlumata əsasən, icra başçısı
Asif Ağayevin subsidiya əməliyyatından yerli icra nümayəndəliklərinə
mənimsənilən vəsaitin 10 faiz çatır. Qeyd olunur ki, icra başçısı hər bir icra
nümayəndəsinə ərazisində olan bələdiyyə torpağına görə subsidiya haqqı qoyub.
Məlumatda göstərilir ki, Şamaxı rayonunda 32 kənd Bələdiyyəsi var və 40 yaxın
icra nümayəndəsi fəaliyyət göstərir. Məlumatlı mənbə bildirir ki, rayonun
nəzdindəki 32 bələdiyyənin hər birinin təxminən 400 hektara yaxın yararlı
torpağı var. İcra nümayəndələrinin yonca və taxıl əkilməsi ilə
bağlı arayışları məhz başçının müavini, eyni zamanda aqrar məsələlər üzrə
şöbənin müdiri Sərdar
Ömərova təsdiq edərək Kənd Təsərrüfatı nazirliyinə göndərir. İcra başçısı
bələdiyyə torpaqlarının adına yazdırdığı saxta subsidiya yardımından başqa
həmçinin rayon “Aqroservis” MMC-nin xətti ilə bu torpaqlarda
məhsuldarlığın artırılması üçün dövlət tərəfindən ayrılan yüz tonlarla
gübrələri və mineral dərmanları qara bazarda satdıraraq mənimsəyir. Mənbə iddia
edir ki, Şamaxı icra başçısı Asif Ağayev subsidiya əməliyyatından bir ildə 700
min manata yaxın qazanc əldə edir. Həmçinin İcra başçısının havadarlığı ilə
subsidiya əməliyyatından əldə edilən yüz min manatlarla qazancın 10 faizi yerli
icra nümayəndələrinin, 20 faizi isə aqrar məsələlər üzrə şöbənin müdirinə
çatır.
Fariz Həmidov
Short URL: http://www.cumhuriyyet.net/?p=4340