İsraildə qondarma “erməni soyqırımı”na abidə qoyulur

17.02.2014 - 10:44

İsraildə qondarma “erməni soyqırımı”na abidə qoyulur

İsrailin ən çox erməni icmasının yaşadığı Petax-Tikva şəhərində qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsi qaldırılıb. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu məqsədlə icmanın nümayəndələri adıçəkilən şəhərin meri İshak Bravermanla görüşüblər. “Nairi”, “Noyan Tapan” və “Ararat” erməni icmalarını təmsil edən ermənilər merlə Petax-Tikvedə qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsini də müzakirə ediblər. 
Xatırladaq ki, 2012-ci ildə İsrail parlamentində – Knessetdə qondarma “erməni soyqırımı”nın tanınması məsələsi də müzakirəyə çıxarılıb. Ancaq İsrail-Ermənistan parlamentlərarası dostluq qrupunun və ayrı-ayrı fraksiya nümayəndələrinin cəhdi ilə müzakirəyə çıxarılan məsələ dəstəklənməyib (avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4349

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031