Ermənistan qarışa bilər

17.02.2014 - 11:49

Ermənistan qarışa bilər

2008-ci il mart ayının 1-də Ermənistanın paytaxtı İrəvanda heç bir günahı olmayan 10 erməni güllələndi.
Virtualaz.org ANSPRESS-ə istinadən bildirir ki, erməni mətbuatının yazdığına görə, məhz 2014-ci il həmin tarixdə ümumilli mitinqi keçirmək planlaşdırılıb. Əsas məqsəd isə mövcud hakimiyyətin dəyişməsidir.
Təşkilatçıların məlumatına görə, hakim partiyadan başqa bütün partiyalar demək olar ki, mitinqdə iştiraklarını təsdiqləyiblər.
“Respublikada hakimiyyətin dəyişdirilməsi məsələsində bizim aramızda ziddiyyət yoxdur”, – deyə mitinq qərargahından bildirilib. 
“İcbari yığım sisteminə qarşı olanlar” təşəbbüsünün nümayəndələri ümummilli tətil və ya vətəndaş itaətsizliyi günü keçirmək niyyətindədirlər. Mətbuatda yayılan məlumata görə, artıq fəaliyyət planı hazırlanıb. Aksiyanın dəqiqi tarixi elan ediləcək.
“Biz gərək mövcud hakimiyyəti rüsvayçılıq dirəyindən asaq”, – deyə mitinq təşkilatçıları bildiriblər. (virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=4355

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031