Vəhabilər geri dönür – Təhlükə qapıda
17.02.2014 - 12:00
Vəhabilər geri dönür – Təhlükə qapıda

Qalanları isə İŞİD-in tərkibində Mosul və Kərkük şəhərləri ətrafında düşərgə salıblar
Son dövrlər Suriyada döyüşən azərbaycanlılarla bağlı mütəmadi olaraq məlumatlar yayılmaqdadır. Hər gün bir və ya bir neçə azərbaycanlının döyüşlərdə öldüyü barədə verilən məlumatlar isə zaman içində adi hala çevrilməyə başlayıb.
Politika.az xəbər verir ki, ilk baxışdan adi görünən, lakin mahiyyətinə varıldığında kifayət qədər təhlükə mənbəyi olduğu aşkar sezilən bu prboblemin kökündə dayanan başlıca amil isə din məsələsidir. İnancları uğrunda Qarabağda deyil, Suriyada döyüşməyi özlərinə borc bilən həmin azərbaycanlıların vəhhabi olduqları isə şübhəsizdir. Elə bunu onların ailə üzvləri də təsdiqləyirlər. Və işin ən ilginc tərəfi də odur ki, Suriyada döyüşməyə gedənlər arasında Sumqayıtdan olanlar daha çox üstünlük təşkil edirlər.
Ərəb mənbələrində yayılmış bəzi məlumatlara görə isə Suriyada döyüşən azərbaycanlıların artıq bir qismi geri dönməyə başlayıb. Politika.az həmin mənbələrə istinadən xəbər verir ki, Suriyada müxtəlif təşkilatların tərəfində olan sözügedən şəxslər yaranmış münaqişəli vəziyyətdən dolayı geri dönməyi qərara alıblar. Təkcə azərbaycanlıların deyil, həmçinin digər müsəlman dövlətlərindən gələnlərin də artıq narazılıqdan dolayı düşərgəni tərk etdiyi vurğulanır.
Politika.az Türkiyə mətbuatına istinadən onu da xəbər verir ki, İraq-Şam İslam Dövlətinin tərəfdarları kimi çıxış edən vəhhabi silahlı birləşmələri artıq Kərkük və Mosul ətrafında düşərgə salıblar. Onların Suriyadan çıxaraq, Kərkük civarında qərarlaşmaları isə yetərli qədər təhlükəli hesab olunur. Hətta Ankara hökuməti önləyici tədbirlərin görülməsi üçün Bağdad iqtidarına müraciət də edib. Çünki vəhhabi silahlı dəstələri əhalinin 80-90 faizi şiə türkmənlərin qətlinə fərman verə bilərlər. Zatən, şiələri müsəlman hesab etməyən və onları kafir adlandırırlar ki, bu da Kərkük və Mosul əhalisi üçün yetərli qədər təhlükəli vəziyyətin yarandığını xəbər verir. (politika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=4356