“MTN işi”ndə yeni isim – Nüsrət kimdir?

07.12.2015 - 10:29

Adi bir işbaz Eldar Mahmudov və Nizaməddin Həmidovun sevimlisinə necə çevrilib?

pul-korrupsiya“MTN işi” çərçivəsində cumhuriyyet.az-a maraqlı informasiya daxil olub. Məlum informasiyada hələlik adı ictimaiyyətə o qədər də bəlli olmayan Nüsrət adlı işbazın sabiq MTN rəhbərliyinə məxsus komandadakı rolu və yeri ilə bağlı ilginc nüanslar yer alıb.

Adi işbaz MTN generallarının “əzizinə” necə çevrildi?

Nüsrət adlı şəxsin əvvəllər adi işbaz kimi diqqət çəkdiyini vurğulayan mənbə, daha sonra bu şəxsin MTN generalı Nizaməddin Həmidovla tanış olduğunu və bu tanışlığın onun həyatında ciddi dönüşə səbəb olduğunu qeyd etdi:
“Nüsrət adlı bu şəxsin N.Həmidovla tanışlığı bu şəxsin qarşısında külli miqdarda qazanc əldə etmək üçün geniş perspektivlər açır. Nüsrətin işbazlıq bacarığından faydalanmağa qərar verən N.Həmiov, öncə bu şəxsi Bakıətrafı kənd və qəsəbələrdə həyata keçirilən bağ evlərinin, villaların tikintisinə cəlb edir. Qısa müddət ərzində özünü yaxşı mənada göstərən Nüsrətin bu “çalışqanlığı” N.Həmidovun hədsiz xoşuna gəlir və bu, dünənki işbazın bu gün daha ciddi proyekt və layihələrə gedən yolunu açır.
Nüsrətin xidmətlərindən Eldar Mahmudov və digər yaxınları ilə bağlı məsələlərdə də gen-bol istifadə edən N.Həmidov tədricən özünə məxsus bütün tikinti sektorunu Nüsrətə həvalə edir. Nüsrət ismi zamanla E.Mahmudov komandasının digər üzvləri üçün də doğmalaşmağa başlayır”.

Nizaməddin Həmidov Sabunçudakı inşaat işlərini Nüsrətə həvalə edir

Mənbənin sözlərinə görə, N.Həmidov bir müddətdən sonra Nüsrəti özünün Sabunçudakı inşaat işlərinə rəhbər təyin edir: “Nüsrətin işbaz kimi bacarığından kifayət qədər məmnun olan N.Həmidov çox keçmir ki, Sabunçudakı bütün tikinti işlərini ona həvalə edir. Sabunçu ərazisindəki göydələn və ticarət kompleklərinin inşasına rəhbərlik edən Nüsrət, eyni zamanda E.Mahmudov komandasının Bakının müxtəlif ərazilərində inşa edilən tikililərinə də rəhbərlik edir.
Sabunçuda aparılan tikinti işlərindən külli miqdarda gəlir əldə edən Nüsrət “MTN işi” meydana çıxana qədər E.Mahmudov-N.Həmidov ikiliyi üçün əsas fiqurlardan biri olaraq qalır”.

Ardı var

Short URL: http://www.cumhuriyyet.net/?p=43578

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31