İsmayıllıda prezidentin nümayəndəsinə qarşı aparılan təxribat

07.12.2015 - 23:39

ismayıllıBu yazını İsmayıllı rayonunda ağlı işləyən, baş verənləri məntiqi şəkildə analız etmək iqtidarında olan şəxslərin fikri kimi də qəbul etmək olar. Belə desək lap yerinə düşər. Məsələn nə demək istəyirik? Onu demək istəyirik ki, cərayan edən prosesləri kənardan izləyəndə nəyin necə baş verdiyini daha aydın görmək olur. Baxmayaraq ki, çoxları yaxasını kənara çəkmək istəyir, özünün günahsız, heç nədən xəbərsız olduğunu isbat etməyə çalışır.
Ancaq belələri haqqında xatırlatmaq yerinə düşər ki, bu tipli adamlar mələk donuna bürünmüş şeytanlardır. Bunlar bayquş tək xarabalığı sevər, həyatını ifunət içində keçirməyə razı olanlardır. Belə tipli adamlar üçün həyatda şərəflə yaşayıb, ləyaqətlə dünyadan köçmək kimi mənəvi dəyərlər yaddır. Yetər ki, onlar varlı, pullu, imkanlı olsunlar. Onlar üçün şərəf, ləyaqət, namus, vicdan arxa plandadır, belə desək bu haqda heç düşünmürlər də. Belələri haqda uzun danışıb enerji sərf etməyə də dəymir. Bunlar başlarını dəvə kimi pambığa soxub fikirləşirlər ki, onları heç kim görmür. Bütün əməlləri üzdə olan bu şəxslər İsmayıllıda sankı arxayın şəkildə hərəkət etməklə, özlərini toxunulmaz, güvənli hesab edirlər. Təəssüflər olsun. Təəssüflər olsun ki, bu adamlar dövlət başçısının rayona təyin etdiyi səlahiyyətli nümayəndəsinin əleyhinə gizli və açıq şəkildə təbliğat, təxribat xarakterli işlərlə məşğul olurlar.
Təəssüflər olsun ki, bu adamlar rayon rəhbərinin adı ilə olmazın oyunlardan çıxırlar. Təəssüflər olsun ki, bu adamlar qruplaşma halında birləşərək icra hakimiyyətində kök salıblar. Bu adamlar ayrı-ayrı idarə və müəssisə rəhbərlərini ələ alaraq verilən tapşırıqların icrasını ləngitməyə, nail ola bilirlər. Bu adamlar maksimal dərəcədə rayon sakinlərini narazı salmağa çalışırlar və buna nail olurlar. Bu adamlar istənilən qanuna zidd əməllərini icra başçısının göstərişidir deyərək insanları inandıra bilirlər. Bu adamlar hətta rəhbərliyin qəlbinə belə yol tapa biliblər, eyni zamanda özlərini onun ən sevimlisi, inandığı adama çevirə biliblər. Hazırda rayon rəhbərliyinin adından kimlər vasitəçilik etmir deyə sual versək lap yerinə düşərdi. Rayonun kənd və qəsəbələrində əhali üçün qəsdən yaradılan problemlər istənilən qədərdir. Görün necə vəziyyət yaranıb ki, məlum şəxslər icra başçısını onu qoruyan, ona qarşı baş verə biləcək xoşagəlməzliklərin qarşısını alan şəxslərlə üz-üzə qoymaq istəyirlər. Bəli, məqsəd iki tərəf arasında münaqişə yaradıb vəziyyətdən yararlanmaqdır.
Bunu hər kəs bilməlidir ki, icra başçısı Mirdamət Sadıqovun siyasi səhnədən silinməsini istəyən və onun yerinə iddialı şəxs və şəxslər var. Bu adamları hörmətli başçı uzaqda deyil, lap yaxınlıqda sağında, solunda axtarsın. Yaxşı olardı ki, cənab başçı gündəlik verdiyi tapşırıqların hansı səviyyədə yerinə yetirildiyini yoxlasın. Yaxşı olardı ki, idarə-müəssisə rəhbərlərinin vətəndaşlarla hansı formada rəftar etdiklərindən xəbərdar olsun. Uzun sözün qısası. Bizlər bunu bilirik, istəyirik ki, Mirdamət Sadıqov da bilsin. Ona ən böyük zərbəni vuranları ələ düşmüş hakimiyyətdən istifadə edərək varlanmaq düşündürür. Onlara çox bel bağlamaq olmaz. İnanın ki, dar gündə sizi meydanda tək qoyacaqlar. Çünki onlarda sizə qarşı olan sevgi, səmimiyyət saxtadır. Bizdən demək, atalar demişkən dəmiri isti-isti döyərlər. Gecikdinsə istədiyini əldə edə bilməyəcəksən.
Elçin İsmayıllı. Cumhuriyyət. az

Short URL: http://www.cumhuriyyet.net/?p=43581

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31