Con Kerri Suriya probleminə görə Rusiyanı ittiham etdi
Con Kerri Suriya probleminə görə Rusiyanı ittiham etdi
ABŞ dövlət katibi Con Kerri Suriyada münaqişənin uzanmasında Rusiyanı təqsirləndirib. İndoneziya səfərdə olan C.Kerri jurnalistlərə açıqlamasında Rusiyanı Suriya probleminin həll edilməməsinə görə məsuliyyət daşıdığını bildirib. Ağ Ev rəsmisinin sözlərinə Suriya prezidenti Bəşər Əsədin indiyə qədər hakimiyyətdə olmasında və “Cenevrə 2” danışıqlarının nəticəsiz qalmasında Rusiya günahkardır. “Əsəd rejimi öz xalqını qırdı. Əsəd bunu İran, Hizbullah və Rusiyanın dəstəyi ilə həyata keçirib. Rusiya problemin həlli istiqamətinə kömək etmək əvəzinə Suriya iqtidarına yardıma üstünlük verdi”-deyə C. Kerri söyləyib (Modern.az).
Short URL: http://www.cumhuriyyet.net/?p=4364