Sabiq nazirin vəsatətləri rədd edildi

17.02.2014 - 16:26

Sabiq nazirin vəsatətləri rədd edildi

Həbsdə olan sabiq nazir Nicat Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu məlumatı virtualaz.org saytına vəkil Elton Quliyev verib.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elton Quliyev cinayət işinə xitam verilməsi və yolverilməz sübutların məhkəmə baxışından çıxarılması haqda vəsatət qaldırıb. Hakim vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə 2013-cü il, avqustun 7-də tutulub. 
N.Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə ötən il avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.
N.Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək Acarıstan prezidenti Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.
N.Quliyev 2005-ci il, oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də az sonra azadlığa buraxılıb.
Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=4367

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930