İsmət Qayıbov adına stadion sökülür

08.12.2015 - 16:05

ismetİsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda söküntü işlərinə başlanılıb.

Cümhuriyyət.az apasport.az-a istinadən xəbər verir ki, söküntü işi “Neftçi” klubunun istəyi ilə həyata keçirilir.

Belə ki, orda baza tikməyi qərarlaşdıran “ağ-qaralar” bu yöndə fəaliyyətə başlayıblar. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov bildirib ki, söküntü işi tam bitdikdən sonra rəhbərlik əraziyə baxış keçirəcək: “Bəli, İsmət Qayıbov adına stadionda hazırda iş gedir. Söküntü işi klubumuzun istəyi ilə başlanılıb.

Biz əvvəldən də demişdik ki, orda baza tikiləcək. Söküntü işi də məhz bununla əlaqədardır. Bu proses başa çatdıqdan sonra əraziyə baxılacaq. Ondan sonra isə layihəyə əsasən, bazanın tikintisinə başlanılacaq. Tikinti işlərinin konkret nə vaxt başlanılacağı ilə bağlı hələlik heç nə deyə bilmərəm”.

Qeyd edək ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu “Neftçi”yə məxsusdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=43758

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31