Telman İsmayılov Milli Məclisin deputatı ilə qohum oldu
Telman İsmayılov Milli Məclisin deputatı ilə qohum oldu
Ötən şənbə günü “Buta Palas” daha bir tanınmış ailənin şad gününə şahidlik edib.
Virtualaz.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sarayda məşhur millət vəkillərindən birinin oğlunun toy mərasimi keçirilib. Milli Məclisin Sumqayıtı təmsil edən millət vəkili Hacı Salayev məşhur azərbaycanlı biznesmen Telman İsmayılovla qohum olub.
Belə ki, deputatın oğlu Telman İsmayılovun qardaşı qızı Arzu xanımla ailə həyatı qurub.
“Press24.az”-ın məlumatına görə, toy mərasimini məşhur müğənni Abbas Bağırov idarə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=4376