Seçki sisteminin dəyişməsi situasiyanı dəyişəcəkmi?

18.02.2014 - 11:32

Seçki sisteminin dəyişməsi situasiyanı dəyişəcəkmi?

Rusiya qarışıq seçki sisteminə keçib. Bundan sonra Rusiya Dövlət Duması proporsional və majoritar qaydada keçirilən seçkilər vasitəsilə formalaşdırılacaq. Parlamentin 225 deputatı proporsional, 225 deputatı isə təkmandatlı dairələr üzrə müəyyən ediləcək. Qeyd edək ki, 2002-ci ilə qədər Azərbaycanda da qarışıq seçki sistemi mövcud olub. Parlamentin deputatlarının 100-ü majoritar, 25-i proporsional seçki qaydası ilə seçilirdi. 2002-ci ildə hakimiyyət referendum yolu ilə Konstitusiyaya dəyişiklik etdi və qarışıq seçki sistemi ləğv edildi və ölkə majoritar seçki sisteminə keçdi. 
Ancaq Rusiyanın yenidən qarışıq seçki sisteminə keçməsi hakimiyyəti bu istiqamətdə hərəkətə keçirə bilər. Çünki bir qayda olaraq Azərbaycan hakimiyyəti Rusiyanın atdığı addımları təkrarlayır. Qanunların da əksəriyyəti məhz bu ölkənin qanunları ilə eynidir. 
Yada salaq ki, Avropa Şurasının Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq qurumlar da neçə ildir Azərbaycan hakimiyyətini proporsional seçki sistemini bərpa etməyə çağırır.
Eyni zamanda hakimiyyət təmsilçiləri də son vaxtlar qarışıq seçki sisteminə keçidin mümkünlüyündən danışır. Məsələn, YAP icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında bu məsələnin haçansa reallaşa biləcəyinə işarə edib. Həmçinin Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da bir müddət əvvəl proporsional seçki sisteminin bərpasını və millət vəkillərinin sayının artırılmasını təklif etmişdi. 
Rusiyanın qarışıq seçki sisteminə keçdiyi bir dövrdə Azərbaycanda da belə təkliflərin səslənməsi təsadüf görünmür. Rusiyanın addımlarını təkrarlayan hakimiyyət bu dəfə eyni addımı da atacaqmı?
Konfliktoloq Arif Yunus Azərbaycan hakimiyyətin təəssüf ki, Avropanı deyil, Rusiyanı bir nümunə kimi götürdüyünü deyir. Rusiyanın avtoritar hakimiyyətinin atdığı istənilən addım qısa müddətdən sonra Azərbaycanda təkrarlanır. 
Ekspertin sözlərinə görə, Rusiya qarışıq seçki sisteminə ölkədə vəziyyət bir qədər gərginləşəndən sonra keçdi. Ancaq bu, demək olar, heç nəyi dəyişməyəcək: “Bunu ona görə ortaya atıblar ki, hakimiyyətə yaxın partiyaların sayı çoxalsın və yenə də köhnə vəziyyət qalsın. Belə antidemokratik mühitdə parlamentdə yenə də hakimiyyətə yaxın insanlar və partiyalar olacaq”.
Ekspertin sözlərinə görə, Azərbaycanda da vəziyyət eyni olacaq. Parlament seçkiləri proporsional və majoritar qaydada keçirilsə də, əslində hər şey yenə də hökumətin nəzarəti altında olacaq. (azadlıq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4381

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031