İngilis deputatlardan Azərbaycana qarşı hörmətsizlik

18.02.2014 - 12:52

İngilis deputatlardan Azərbaycana qarşı hörmətsizlik

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan separatçı rejimə xarici ölkə nümayəndələrinin səfəri davam edir. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlament sədri” A.Qulyan Xankəndidə Britaniya parlamentinin deputatlarını qəbul edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsindən söz açılıb və A. Qulyan Azərbaycan tərəfini ittiham edib. O, ingilis deputatlara təlqin etməyə çalışıb ki, Qarabağ probleminin həllinin uzanmasında Azərbaycan tərəfi günahkardır. A. Qulyan onu da əlavə edib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarında “DQR”-in tərəf kimi iştirakı zəruridir. 
Qeyd edək ki, Azərbaycanın işğal altındakı bölgələrinə səfər edən britaniyalı deputatlar Ermənistan-Britaniya dostluq qrupunun üzvləridir. (avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4389

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930