Oğlu maşınlarını nümayiş etdirən prokurorun yerinə təyinat

18.02.2014 - 13:08

Oğlu maşınlarını nümayiş etdirən prokurorun yerinə təyinat

Bir müddət əvvəl sosial şəbəkələrdə övladı bahalı avtomobillərini nümayiş etdirdiyinə görə tutduğu vəzifədən istefa verən prokurorluq işçisinin yerinə təyinat olub.
APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Baş Prokurorluqda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis müavini Rövşən Maqsudov Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, buna qədər Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi vəzifəsində Ramiz Nəbiyev çalışıb. Bir neçə ay əvvəl R.Nəbiyevin oğlu Elvin Nəbizadənin “Facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması mətbuatda geniş müzakirələrə səbəb olub. Həmin hadisədən bir müddət sonra R.Nəbiyev öz ərizəsi ilə işdən çıxıb.(avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930