İŞİD Fars körfəzi ölkələri Türkiyəyə hücuma hazırlaşır

18.02.2014 - 13:20

İŞİD Fars körfəzi ölkələri Türkiyəyə hücuma hazırlaşır

Politika.az – ın Küveytin “Əl-Rəy” qəzetinə istinadən verdiyi məlumata görə, İŞİD (İraq və Şam İslami Dövləti) terror qruplşması körfəz ölkələri və Türkiyəyə müdaxilə etmək niyyətindədir
Bu haqda Küveytin baş müftisi Şafi Əl-Əcmi məlumat verib. Suriyada şiələrin qətliam edilməsinə birbaşa fətva verən sözügedən müfti indi nədənsə İŞİD-in təhlükəsindən söz açaraq, xəbərdarlıq edib. O, deyib: “İŞİD-in cəhənnəm planı və intiharçı hücumları Küveytlə məhdudlaşmayacaq. Bu alov bütün Fars körfəzi ölkələrini bürüyəcək. Bu dəstənin cihadla heç bir əlaqəsi yoxdur.” Müfti həmçinin İŞİD-in Türkiyə haqda planlarına da toxunaraq, deyib: “Türkiyə də İŞİD-in təhlükəsindən sığortalanmayıb. Bu yaxınlarda Türkiyə hökuməti sözügedən qruplaşmaya aid olan 9 bomba dolu maşın aşkarlayıb.”
“Əl-Nəşrə” portalının verdiyi məlumata əsasən Küveyt parlamentinin nümayəndəsi Saleh Aşur məclisdə çıxışı zamanı məlum təhlükədən söz açaraq deyib: “Təhlükəsizlik orqanlarının verdiyi açıqlamalara görə, Fars körfəzi ölkələrindən olan 20 min döyüşçü Küveytə girmək ərəfəsindədirlər. Buna görə də bu məsələ olduqca əhəmiyyətli bir mövzudur. Küveyt və körfəz ölkələrini ciddi təhlükə ilə üzləşdirib.”
(politika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=4391

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031