Əli Kərimli Xədicə İsmayıla qahmar çıxdı

19.02.2014 - 11:03

Əli Kərimli Xədicə İsmayıla qahmar çıxdı

Əli Kərimlinin sədr olduğu AXCP “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın istintaqa cəlb olunması ilə bağlı etiraz bəyanatı verib.
Bəyanatda deyilir ki, X.İsmayılovanın, şahid qismində olsa da, istintaqa çağırılması əslində ona qarşı təzyiqin tərkib hissəsidir.  AXCP Baş Prokurorluğun jurnalisti istintaqa çağırmasına heç bir ciddi hüquqi əsasın olmadığını bəyan edir.
Bəyanatda xatırladılır ki, X.İsmayılova artıq neçə vaxtdır hakimiyyətin müxtəlif strukturlarının və hakiməyyətə yaxın mətbuatın hədəfindədir. Jurnalistin hədəfə gəlməsi isə korrupsiya əməliyyatlarına dair məlum araşdırma yazılarına görədir: “Xədicə İsmayılovanın məlum araşdırma yazılarından sonra ona qarşı qaralama və şantaj kampaniyasının başladığı göz qabağındadır. Son günlərdə onun guya xarici xidmət orqanları əməkdaşlarına “casus siyahısı” təqdim etdiyi haqda hökumətyönlü mediada məlumatların yayılması da bu kampaniyanın tərkib hissəsidir. Bunun ardınca da Xədicə İsmayılova hələ bir neçə il əvvəl sosial şəbəkələrdə yayılmış, “MTN-in xidməti sənədi” kimi təqdim olunan materialı təkrar yaymasına görə dərhal və israrla Baş Prokurorluğa istintaqa çağırıldı ki, bu da cəmiyyətdə jurnalistə qarşı etimadsızlıq və şübhə yaratmaq  üçün planlı şəkildə iş aparıldığını göstərir.
Guya müxalif düşərgədən kiminsə MTN-lə əməkdaşlığa cəlb olunmasını ehtiva edən materiala Baş Prokurorluğun görünməmiş operativliklə reaksiya verərək, “dövlət və xidmət sirrinin yayılması” adı ilə ciddiyət qazandırması heyrət doğurur. Xüsusilə ona görə ki, həmin material bir neçə il qabaq orijinalında olduğu kimi sosial şəbəkədə yayılıb. Xədicə İsmayılovaya isə oradakı ad-soyadı və başqa xüsusi məlumatları pozaraq materialı təkrar yayıb. Lakin material olduğu kimi yayılanda Baş Prokurorluq buna heç bir reaksiya verməmişdi. Bundan başqa, Azərbaycandakı məmur özbaşınalığı, iri korrupsiya faktları, insanların intihara vadar olması və s. cinayətlər haqda az qala hər gün yerli və xarici mətbuatda, sosial mediada məlumatlar verildiyi halda, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq inadla susur…”.
AXCP X.İsmayılovaya fəaliyyətində tam dəstək verdiyini bildirir və ona qarşı təqib-təzyiqlərin, gözdənsalma kampaniyasının dayandırılmasını tələb edir.
Partiya yerli ictimaiyyəti və beynəlxalq birliyi X.İsmayılovaya qarşı baş verənlərə biganə qalmamağa da çağırıb.
Virtualaz.org-un xatırlatması: Yeri gəlmişkən, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı mətbuata dünənki açıqlamasında bildirmişdi ki, jurnalist Xədicə İsmayılova birmənalı olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə bağlı adamdır və hər zaman onun tapşırığı ilə hərəkət edir.
F.Ağamalı vurğulamışdı ki, hər zaman Ə.Kərimliyə rəqib kimi tanınan, Ə.Kərimli ilə zaman-zaman bu və ya digər şəkildə münasibətlərdə kəskin anlar yaşayan adamların adlarının bu siyahıya daxil olmasında şübhəsiz ki, Ə.Kərimlinin əli var: “Burada həmin insanları həm Azərbaycan cəmiyyətində gözdən salmaq, həm də QərbdəƏli Kərimli haqqında daha müsbət imic, barışmaz müxalifət lideri imicini yaratmaq məqsədi güdülür”.
O, həmçinin qeyd etmişdi ki, X.İsmayılovanın bu siyahını nə cür əldə etməsi araşdırılmalı və buna hüquqi qiymət verilməlidir: “Xədicə İsmayılovanın xarici xidmət orqanlarına vermiş olduğu məlumatların görünən tərəfi budur. Onun görünməyən tərəfləri daha təhlükəli ola bilər. Yəni o, Azərbaycan dövlətçiliyinin əleyhinə digər məlumatlar da ötürmüş ola bilər. Bunu araşdırmaq lazımdır. Təbii ki, bütün bunlar cinayət tərkiblidir”.
Virtualaz.org 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4400

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930