Hakimiyyətdən Əli Insanova əfv təklifi?!

19.02.2014 - 11:36

Hakimiyyətdən Əli Insanova əfv təklifi?!

Keçmiş nazirin vəkili yayılan məlumatı təkzib etdi

Novruz Bayramı ilə əlaqədar Azərbaycanda növbəti əfv sərəncamının veriləcəyi gözlənilir. Məlumata görə, artıq Əfv Komissiyasının ilk iclası da keçirilib və onlara müraciət etmiş məhbusların kimliyi və törətdiyi cinayətlərin də araşdırılmasına başlanılıb.  

Novruz əfvinə neçə nəfərin düşəcəyi və onların arasında siyasi məhbusların olub-olmayacağı isə məlum deyil. Lakin Politika.az saytının məlumatına görə, bu siyahıda keçmiş səhiyyə naziri Əli Insanovun adının olacağı ehtimalı da var. Bununla bağlı artıq keçmiş nazirlə danışıqlar aparılır. 

Qeyd edək ki, son məhkəmə proseslərində Əli Insanov Ilham Əliyev başda olmaqla bir sıra rəsmilərin ünvanına sərt ittihamlar səsləndirib. Bu çıxışların müxtəlif dairələrdə narahatlığa səbəb olması da istisna deyil. 

Saytın məlumatına görə, hakimiyyət keçmiş nazirlə razılığa gəlməyə çalışır. Ötən həftənin sonlarından etibarən Əli Insanovla hakimiyyətin müəyyən etdiyi nümayəndəsi arasında danışıqlar aparılır. Həmin danışıqlarda hökumətin tələbi keçmiş nazirin sərt çıxışlarını dayandırması, əfv ərizəsi yazması və azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətlə qəti şəkildə məşğul olmamasıdır. 

Xatırladaq ki, bundan əvvəl də Əli Insanova əfv ərizəsi yazması ilə bağlı təkliflərin verildiyi deyilirdi. Keçmiş nazir isə öz növbəsində belə bir ərizə yazmaq niyyətində olmadığını bildirirdi. Bu dəfə də belə bir anlaşmanın olacağı inandırıcı görsənməsə də, məsələni Ə.Insanovun vəkilindən dəqiqləşdirməyə çalışdıq. Vəkil Toğrul Babayev yayılan məlumatın həqiqəti əks etdirmədiyini və belə bir danışıqların olmadığını bildirdi. 

 

azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4404

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031