Müharibə ovqatımız daşa dəyəndə – Cəmiyyət təhlükəli qüvvəyə çevrilə bilər – PROBLEM

19.02.2014 - 14:01

Müharibə ovqatımız daşa dəyəndə – Cəmiyyət təhlükəli qüvvəyə çevrilə bilər – PROBLEM

Qarabağla bağlı sanki cəmiyyətin dünənə qədərki emosiyaları bir reklam fasiləsi imiş



Bir neçə gün əvvəl kifayət qədər populyar olan müharibə mövzusu intiharların, zəlzələnin, Xədicənin siyahısının və Ukraynada baş verənlərin altında itib-batdı. Halbuki dünən elə bir təəssürat var idi ki, müharibə qapımızdadır.



İnformasiya müharibəsi aparırıq…



Nə baş verir? Görüntüdə olanı odur ki, biz Qarabağ uğrunda hələlik öz aramızda informasiya müharibəsi aparırıq. Silah yerinə, kompüterin klaviaturasından yapışıb, bir-birimizə nəyisə sübutlamaq istəyirik. Amma fərqində deyilik ki, indi kompüter əsli olsa da, Qarabağı yalnız sadə yolla, dədə-baba qaydası ilə – Savaş yolu ilə azad edə bilərik. Danışa-danışa Qarabağı almaq olsaydı, illərdir bu barədə danışanların sədası Göyçə gölünün həndəvərindən gəlməli idi… Amma nə yazıq ki, bu, mümkün olmayıb…



Bu barədə daxil olan informasiyalardan aydın olur ki, əslində son günlərin müharibə ovqatı məqsədli şəkildə yaradılıb. Doğrudur, cəbhə xəttində vəziyyət həqiqətən də gərgindir, amma situasiya tam olaraq nəzarət altında olub.



Məlumatı verən bilgili qaynağın söylədikləri: “Azərbaycanda cəmiyyətin nəbzinin yoxlanılması üçün buk imi üsullara dəfələrlə müraciət edilir ki, bu da normaldır. Amma anormal olanı odur ki, hər dəfəsində təbliğat vasitəsilə əldə olunan nəticə fəsadlara da yol aça bilər.



Məsələn, qısa müddət ərzində aparılan təbliğat cəmiyyəti müharibə ovqatı üzərində kökləyir. Emosiyalar gərilir və nəzərdə tutulan hədəf gerçəkdə olmayanda gərilmiş emosiyalar bir anın içində öləziməyə başlayır ki, bu da tədrici olaraq Azərbaycan cəmiyyətinin mənəvi deqradasiyası kimi böük bir təhlükəni reallaşdıra bilər. Artıq bütün bunlar psixoloji məsələdir. Yəni bir insan oğlu ruhən hazırlandığı situasiya ilə üz-üzə qalmayanda enerji sərfiyyatı boşuna olur ki, nəticəsi fəsadlardır”.



Məhz bu baxımdan gərəkməyən anda müharibə ovqatının yaradılmasının təhlükəli olduğunu bildirən mənbəmiz qeyd edir ki, əks halda yorğunlaşan cəmiyyət əldə etdiyi enerjini fərqli yönlərə xərcləməli olur: “Bu, özünü ya kütləvi etirazlar formasında göstərir, ya da intiharlara, fərdi mübarizələrə gətirib çıxarır. Yəni insan oğlu çıxış yolunu müstəqil qaydada seçmək zorunda qalır. Azərbaycan kimi ölkələrdə kütləvi enerji çıxarışı meydanı kimi tanınan futbolun da inkişaf etməməsi qeyd etdiyimiz fəsadların miqyasını və şiddətini daha da artırır”.



Mənbə iddia edir ki, artıq bu məqam rəsmi dairələr üçün də vacib olduğundan Müdafiə Nazirliyində cəmiyyətin emosional idarəedilməsi mərkəzi adlı yeni bir qurum da yaradılıb.



Dia.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4418

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930