İsgəndər Həmidovun qardaşı oğlu saxlanıldı – Özəl, FOTOLAR

19.02.2014 - 15:20

İsgəndər Həmidovun qardaşı oğlu saxlanıldı – Özəl, FOTOLAR

O, mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb

 

Fevralın 16-da Bakıda “Vətən” kinoteatrında konsert verməyi planlaşdıran gənc repçi “Kabus”un konserti baş tutmamışdı. Buna səbəb isə polislərin “Vətən” kinoteatrına gələrək, konsertin qeyri-qanuni olduğunu bildirmələri olub. Yəni polislər konsertin keçirilməsinə icazə verməyiblər.
Musavat.com-un məlumatına görə, buna etiraz olaraq, Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə fevralın 19-da etiraz aksiyası keçirməyi planlaşdırıb. Saat 13:30-da keçirilməsi gözlənilən aksiya da baş tutmayıb. 
Belə ki, aksiyanın başlanmasından öncə 4 nəfər mülki geyimli şəxs Şəhriyar Məcidzadəni 10-GV-543 dövlət nömrə nişanlı avtomobilə mindirərək, naməlum istiqamətdə aparıblar. 
Hadisənin şahidlərinin verdikləri məlumata görə, Şəhriyar Məcidzadəni saxlayan şəxslər idmançı görkəmində olublar. Onlar Şəhriyarın saxlanmasının səbəbləri haqqında heç bir məlumat verməyiblər. 
Qeyd edək ki, Şəhriyar Məcidzadə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğludur. 
 
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=4421

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031