Prokurorluğun açıqlaması, jurnalistin cavabı

19.02.2014 - 16:05

Prokurorluğun açıqlaması, jurnalistin cavabı

Bakı şəhər prokurorluğunda aparılmış araşdırma ilə “Musavat.com” saytında “Günün fotosu: harın oğulun qəzası” başlıqlı məqalədə fevralın 17-də Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı “Mersedes Benz G55 AMG” markalı “90-DD-065” dövlət qeydiyyat nişanlı avtomobilin guya Bakının rayonlarından birinin prokurorunun oğluna məxsus olması barədə informasiyalar təsdiqini tapmamış və müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin iştirakçıları olan avtomobillərdən hər hansı birinin sürücüsü nə prokurorluq əməkdaşıdır, nə də ki, onların ailə üzvləri və yaxın qohumlarıdır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilir ki, qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Xalid Kazımlı Bakı şəhər prokurorluğuna dəvət edilərək “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla rəsmi mənbəyə istinad edilmədən və heç bir real faktlara əsaslanmadan qəsdən və ya bilərəkdən sensasiya naminə yaydıqları informasiyaların prokurorluq orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərin üzərinə kölgə salmaq, prokurorluq orqanları əməkdaşları barəsində mənfi ictimai rəy formalaşdırmaqla onların işgüzar və şəxsi nüfuzuna xələl gətirmək məqsədi daşıması nəzərinə çatdırılmışdır.
Eyni zamanda X.Kazımlıya qeyd edilən qanunun tələblərinə əsasən yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməsi, həmçinin kütləvi informasiya vasitəsinin rəhbərinin yayımlanan məlumatlarla əlaqədar qanunun tələblərini pozduğu halda cinayət və digər məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmiş və dərc etdikləri həqiqətə uyğun olmayan informasiya barədə təkzib verilməsi tələb olunmuşdur. 
Baş Prokurorluğun yaydığı bəyanat barədə danışan Xalid Kazımlı “Musavat.com”-a açıqlamasında deyib ki, mətbuat xidmətinin sözlərindən elə çıxır, sanki mən sözəbaxan şagird kimi oturub bunları dinləmişəm və dedikləri iradlarla razılaşmışam: “Söhbətimiz əsla belə olmadı, məni qəbul edən prokurorla bir balaca mübahisəmiz də oldu. Mən izah etməyə çalışdım ki, bu yazı informasiya xarakterli deyil, yayılmış informasiya haqqında qısa şərhdir və müəllifin təəssüratlarından ibarətdir. Dedim ki, əgər mən ümumi şəkildə “bahalı avtomobildə qəza törədən şəxs hüquq-mühafizə orqanlarının birində çalışan şəxsin övladıdır” yazsaydım, deməli, bir dəfə MTN-ə, bir dəfə DİN-ə, bir dəfə Ədliyyə Nazirliyinə dəvət olunub, xəbərdarlıq almalıydım? Söhbət dialoq və mübahisə şəraitində keçdi və prokuror mənə belə ifadələrin yazılmasının yolverilməzliyini dedisə, mən də mətbuata senzura tətbiq etməyin yolverilməz olduğunu bildirdim. Axırda razılaşdıq ki, bu cür söz-söhbətlərin ortaya çıxmaması üçün jurnalistlərə vaxtında və lazımi informasiya verilməlidir. Mən deyirdim, yəqin bu söhbət orada bitdi, indi elə çıxır ki, Baş Prokurorluq jurnalistlərlə bu ritorika ilə danışmaqda davam edəcəksə, bunun adını senzura tətbiqi qoymalı olacağıq”. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4422

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031