“Müxalifətçinin ələ alınması barədə məlumat dövlət sirri deyil”

19.02.2014 - 16:08

“Müxalifətçinin ələ alınması barədə məlumat dövlət sirri deyil”

“Xədicə İsmaylovanın yaydığı material məzmununa görə dövlət sirrinə aid edilə bilməz”. Bu barədə Turan-a hüquqşünas Ələsgər Məmmədli bildirib.
Onun sözlərinə görə, dövlət sirri haqqında qanunda 4 kateqoriya məlumat müəyyən edilib: hərbi sirrə aid edilən məlumatlar, iqtisadi sahədə dövlət sirri, xarici siyasətdə dövlət sirri və kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətinə dair məlumatlar. 
Ə.Məmmədli deyib ki, hansısa müxalifətçinin faliyyətinə dair bilgi əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyəti baxımından dövlət sirri sayıla bilməz. Onun fikrincə, bu cür fəaliyyət növlərindən daxili siyasi məqsədlər, əsasən də müxalifətin gözdən salınması üçün istifadə oluna bilməz.

Ə.Məmmədli belə fəaliyyətin qanunsuzluğuna presedent kimi Türkiyədə hay-küylü “Ergenekon” işini göstərib: “O zaman çoxsaylı genaral və məmur həbs olunmuşdu.
Bundan əlavə, dövlət sirrinə aid edilən sənədlərin rekviziti, məxfilik qrifi – “məxfidir”, “tamamilə məxfidir”, “xüsusi dövlət əhəmiyyətlidir” – olmalıdır. X.İsmayılovanın yaydığı mətndə belə rekvizitlər yoxdur”.

Ə.Məmmədlinin sözlərinı görə, istənilən halda X.İsmayılova dövlət sirrinin yayılmasına görə məsuliyyət daşıya bıilməz. Vətəndaşlar dövlət sirrinə çatımlı olsaydılar və onun yayılmaması üçün öhdəlik götürsəydilər o zaman dövlət sirrinin yayılmasına görə məsuliyyət daşıyardılar. 
“X.İsmayılova xidməti sirrin yayılmasına görə məsuliyyət daşıya bilərmi” sualının cavabında ekspert deyib ki, xidməti sirrin yayılmasına görə məsuliyyəti onun saxlanmasına cavabdeh olan şəxslər daşıyırlar.
 
müsavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4423

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031