Nazim İbrahimovun kirayədə yaşadığı barədə xəbər yayıldı

19.02.2014 - 16:52

Nazim İbrahimovun kirayədə yaşadığı barədə xəbər yayıldı

Dünən ölkə mediasında oğlu və qardaşlarının bahalı avtomobillərə sahib olmasına dair xəbərlərlə gündəmə gələn Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla bağlı “Qafqazinfo”ya maraqlı informasiya daxil olub. Komitə sədrininin ailəsinə yetərli qədər yaxın olan şəxslərdən biri sayta Nazim İbrahimovun hazırda kirayədə yaşadığını bildirib. 
Mənbə iddia edib ki, Azərbaycanda uzun illər yüksək vəzifədə çalışan və böyük imkanlara sahib biznesmen ailəsinin faktiki ağsaqqalı olan Nazim İbrahimovun kirayədə yaşamasının səbəbi təbii ki, ilkin təsəvvürə gələn evsizlik problemi ilə bağlı deyil. Bu sadəcə fakt olaraq belədir. 
Redaksiyamızı bilgiləndirən şəxs İbrahimovun kirayədə yaşama səbəbləri ilə bağlı da maraqlı məlumatlar verib. Belə ki, Azərbaycanın Dövlət Komitəsinin sədri əvvəllər Yasamaldakı şəxsi mülkündə yaşayıb. Lakin bir neçə il əvvəl (yeri gəlmişkən bu barədə xəbərlər də mediada işıqlandırılıb) onun sözügüdən mülkü içindəki bahalı əşyalarla birlikdə yanaraq külə dönüb. Bundan sonra komitə sədri dövlət tərəfindən ona verilən bağ evində deyil, iş yerinə yaxın bir ərazidən ev kirayələməyi qərara alıb. 
Məlumata görə, N. İbrahimov hazırda rəhbərlik etdiyi Diasporla iş Üzrə Dövlət Komitəsinin yerləşdiyi binaya bitişik (arxa tərəfində) o qədər də ucuz olmayan bir evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. 
Eyni zamanda Nazim İbrahimovun Yasamaldakı mülki yanandan sonra indi kirayədə yaşadığı əraziyə yaxın yerdən yeni ev aldığı və onun hazırda təmirdə olduğu bildirilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4426

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829