Deputat Xədicə İsmayılın gizli səs yazısını prokurorluğa verdi

20.02.2014 - 09:49

Deputat Xədicə İsmayılın gizli səs yazısını prokurorluğa verdi

Deputat Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını bu gün prokurorluq orqanlarına təqdim edib.
APA-nın xəbərinə görə, millət vəkili bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. C. Osmanlı bildirib ki, X. İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu bu gün prokurorluq orqanlarına təqdim edib.
 
C. Osmanlı “facebook” səhifəsində yazıb: “Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz “facebook” səhifəsində yad etdi. “Jurnalist” Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa tУ™qdim etdim. XУ™dicУ™ xanımın yüksУ™k sУ™slУ™ danışdığını hУ™r kУ™s bilsin deyУ™”.
 
Millət vəkili daha sonra belə bir sonluq yazıb: “VУ™tУ™nУ™ xУ™yanУ™t bağışlanılmır!!!”. C. Osmanlı APA-ya açıqlamasında statusu özünün yazdığını təsdiqləyib.
 
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda X. İsmayılın ABŞ xüsusi xidmət orqanlarının  iki nümayəndəsi ilə İçərişəhərdəki ART Garden  restoranında görüşdüyü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyən “casusların” siyashının təqdim etdiyi barədə yazılmışdı. Həmin məlumatlarda görüşün keçirildiyi vaxt millət vəkili Ceyhun Osmanlının da eyni restoranda olduğu vurğulanmışdı. (avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4431

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930