Aran bölgəsi hər an ayağa qalxa bilər – ÖZƏL

20.02.2014 - 10:16

Aran bölgəsi hər an ayağa qalxa bilər – ÖZƏL

Əyalətlərdə vəziyyət getdikcə pisləşir, 5 rayonda durum kritik həddə çatıb 
Ölkədə sosial problemlər daha ciddi şəkil almağa başlayıb. İllərdən bəri yığılıb qalmış problemlər artıq “partlamaq” üzrədir. İnsanların bu problemlərlə uğraşdığı dönəmlərdə həllinə ümid bəsləsələr də, tam əks effekt alınmağa başlayıb. Bir tərəfdən də məmur özbaşınalığı əsəblərin tarıma çəkilməsinə səbəb olub.
Politika.az xəbər verir ki, bölgələrdən gələn xəbərlər fonunda belə məlum olur ki, vəziyyətin bu şəkildə uzun müddət davam edə biləcəyi imkansızdır. Artıq bir sıra rayonlarda durum daha kritik şəkil alıb və hadisələrin gedişatı yaxşı perspektiv vəd etmir. 
Həmin məlumatlarda problemlərin daha çox Aran bölgəsində yaşandığı vurğulanır. Politika.az-a verilən xəbərlərdə qeyd olunur ki, Sabirabad, Saatlı, Zərdab, İmişli və Hacıqabulda əhalinin üzləşdiyi məmur özbaşınalığı və sosial problemlərin etirazlara dönüşməsi ani bir hadisəyə və ya qığılcıma bənddir. Gələn xəbərlərdə o da deyilir ki, adları çəkilən rayonların icra başçılarının yarıtmaz fəaliyyəti bu narazılığı daha körükləyir.
(politika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=4434

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031