Müsavatın başqanı kim olacaq?

20.02.2014 - 11:40

Müsavatın başqanı kim olacaq?

Səxavət Əlisoy Arif Hacılını əlahiddə namizəd hesab etmir
 
Qubad Ibadoğlu isə sıravi Müsavatçını da özünə rəqib hesab edir
Müsavat partiyasında başqanlıq uğrunda savaş davam edir və xeyli adam özünü başqan görməkdə israrlı görünür. Xatırlayırsınızsa, bir neçə gün öncə  Arif Hacılı mətbuata açıqlamasında bildirmişdi ki, o başqan olacağı təqdirdə Müsavat partiyasının mövqeyi daha sərt olacaq və bu barışmaz mövqeyinə görə hakimiyyət onun başqan olmasını istəmir.  Arif Hacılının bu mövqeyi sanki digər namizədlərin hakimiyyətə loyal münsibətinin olduğunu göstərirdi.
Son günlər isə belə məlumatlar yayılıb ki, digər namizədlər Arif Hacılıya qarşı kampaniya aparır.
Müsavat başqanın müşaviri Səxavət Əlisoy “Yeni Müsavat”a açıqlamasında bildirdib ki, başqanlığa iddialıdır, ancaq Arif Hacılıya qarşı hər hansı kampaniya aparmaq fikrində deyil: “57 yaşım var və bu günə qədər heç vaxt kiminsə arxasınca danışmamışam, arxasınca iş çevirməmişəm. Kimdən narazılığım olubsa, sözümü birbaşa özünə demişəm və heç kimdən də çəkinmirəm. Kimlərsə, qəsdən mənim Arif bəyə qarşı kampaniya təşkil etdiyim barədə dezinformasiya yayırlar.  Mən başqanlığa namizədliyimi verəcəyim barədə açıqlamamdan başqa başqanlıq barədə heç bir kimsənin adını bu günə qədər hallandırmamışam. Namizədliyimi vermək qərarında isə qalıram. Bu, hər bir müsavatçının olduğu kimi mənim də hüququmdur. Burada nə kiməsə qarşı olmaq, nə də bir kriminal axtarmaq lazım deyil. Namizədliyimi verməyim Arif Hacılıya və ya başqa bir müsavatçıya qarşı olmaq kimi dəyərləndirilməməlidir. Niyə jurnalistlər ancaq Arif Hacılının adını əlahiddə hesab edirlər, mənim üçün maraqlı budur. Arif Hacılı əlahiddə bir müsavatçıdırmı, o namizəd olacaqsa, hamı geri çəkilməlidirmi?! Media niyə bu məsələni şişirdir? Arif bəy də normal bir müsavatçıdır, partiyanın rəhbərliyində təmsil olunur, namizədliyini verməyi haqq edir”.
Müsavat başqanlığına əsas namizədlərdən olan Qubad Ibadoğlu “Bizim yol”a açıqlamasında bildirdirib ki, mən hər bir müsavatçını, hətta sıravi müsavatçını da rəqib kimi görürəm: “Mən Müsavat Partiyasının seçkili orqanlarında həmişə iştirak etmişəm və böyük əksəriyyətinin də etimadını qazanmışam. Partiyanın məclis, divan üzvlüyünə seçkisində iştirakımı yada sala bilərəm. Ona görə də hesab edirəm ki, müsavatçılar son qərarını verib partiyanın növbəti dövr üçün  fəaliyyət strategiyasına, nizamnaməsinə dəyişikliklər etmək səlahiyyətinə malikdirlər. Təbii ki, rəhbər orqanlarda təmsilçilik üçün iddiaçılar çoxdur, yəni burada əsas iddia başqanlıq üzərindədir, bununla belə partiyanın bütün strukturları yeniləşəcək, məclis yenidən seçiləcək, divan və s. Mən hər bir müsavatçını, hətta sıravi müsavatçını da rəqib kimi görürəm. O ki qaldı partiyanın strukturlarında təmsil olunan şəxslər, təbii ki, bizim aramızda müəyyən müttəfiqlik münasibətləri var. Çalışacağıq ki, sağlam rəqabət və demokratik seçki üçün zəmin yaradaq. Belə imkanlar var və partiyanın daxili demokratiyası buna imkan verir. Çalışıb sağlam rəqabət, azad, ədalətli seçki formatında partiya üzvlərinin rəyini, etimadını qazanan şəxsləri müəyyənləşdirəcəyik”.
“Azadlıq”a açıqlamasında Qubad Ibadoğlu Arif Hacılının fikirlərinə şərh vermək istəmədiyini bildirdi: “Başqanlığa iddialı olanlarla bağlı partiya daxilində müzakirələr gedir. Ancaq bu istiqamətdə konkret işlər qurultayla bağlı müraciətə müsbət cavab verildikdən sonra başlayacaq. Bundan sonra fəaliyyət planı çərçivəsində iddiaçıların şansları dəyərləndiriləcək. Başqa iddiaçıların səsləndirdiyi fikirlərə isə münasibət bildirmək istəməzdim”. (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4441

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031