Qubad İbadoğlu: “Hakimiyyət buyurub araşdırsın”

20.02.2014 - 13:17

Qubad İbadoğlu: “Hakimiyyət buyurub araşdırsın”

İqtisadçı ekspert Qubad İbadoğlunun idxalda gizli dövriyyə ilə bağlı açıqladığı rəqəmlərə hakimiyyətdən reaksiya gəlib.
Qubad İbadoğlu “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA-ya müsahibəsində bildirib ki, dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlər beynəlxalq praktikada aktual problem kimi qalır: “Fərq yaranması bir sıra amillərdən, o cümlədən obyektiv səbəblərdən asılıdır. Xarici ticarətin gömrük statistikasında idxal malın mənşə ölkəsi, ixrac isə təyinat ölkəsi üzrə aparılır.
Birincisi, alğı-satqı üzrə bağlanmış müqavilələrdən asılı olaraq idxal olunan malın statistik dəyəri həmin malın ixrac zamanı statistik dəyərindən daşınma, sığorta, yükləmə-boşaltma xərcləri qədər çox ola bilər.
Bundan başqa, tərəfdaş ölkələrdə malların gömrük dəyərinin hesablanmasında bir-birindən fərqlənən üsullar və müxtəlif metodologiyalar tətbiq olunur. Aydındır ki, iki dövlətdə müxtəlif gömrük statistikasının metodologiyası və ya gömrük dəyərinin hesablanma üsulları istifadə edildiyindən bir ölkənin ixracı başqa ölkənin idxalına bərabər olmur.
Həmçinin gömrük statistikasında malın statistik dəyərlərinin müxtəlif valyuta məzənnələri ilə hesablanması da rol oynayır. Malın bir ölkədən başqa ölkəyə çatmasına müxtəlif vaxt keçir və nəticədə kontrakt valyuta ilə ABŞ valyutası arasında məzənnə dəyişir. Beləliklə, mal göndərən ölkədə malın statistik dəyəri bir məzənnə əsasında hesablandığı halda təyinat ölkəsində başqa məzənnə əsasında hesablanır.
Eyni zamanda hərbi və digər konfidensial təyinatlı malların idxalı və ixracına dair məlumatların statistikası da spesifikdir”.
“Media forum” saytı xəbər verir ki, Əli Hüseynlinin fikirlərinə münasibət bildirən Qubad İbadoğlu deyib ki, araşdırmada texniki-metodoloji uyğunsuzluqlara, statistikadakı qüsurlara, təhrifedici səhvlərə qədər bütün amillər nəzərə alınıb: “Amma yaranmış böyük fərqi onunla izah etmək mümkün olmayıb, çünki fərq normadan 5-6 dəfə çoxdur. Belə böyük fərqi əsasən iki faktorla izah etmək olar: idxal malının Azərbaycan sərhədlərini qeydiyyatsız keçməsi, idxal malının gömrük dəyərinin azaldılması. Hər iki faktor isə sövdələşmə nəticəsində mümkündür. Onun da bir adı var – korrupsiya!
Əgər hakimiyyət korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli nəticələr ortalığa qoymaq niyyətindədirsə, buyurub araşdırsın, onda görəcək ki, gömrük statistikasında əsas fərq nədən yaranır və onları kimlər nə məqsədlə edir”.
(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4450

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031