Azərbaycan iki türkiyəli iş adamını İnterpol xətti ilə axtarışa verib

20.02.2014 - 14:11

Azərbaycan iki türkiyəli iş adamını İnterpol xətti ilə axtarışa verib

Azərbaycanın hüquq-mühafizə orqanları daha iki türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 56 yaşlı Haydar Demirel vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
 
APA-nın əldə etdiyi məlumata görə, Haydar Demirel Türkiyədə fəaliyyət göstərən Makina Market İnşaat Pazarlama şirkətinin sahibidir. O, Azərbaycandakı fəaliyyəti dövründə vergidən yayınıbmış. 
 
Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi digər türkiyəli iş adamı isə 49 yaşlı İsmayıl Arslandır. O da vergidən yayınmaqda təqsirli bilinir.
 
Qeyd edək ki, ötən il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.
 
Onların hamısı vergidən yayınmada ittiham olunur.

 









Short URL: http://www.cumhuriyyet.net/?p=4451

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031