ABŞ senatorundan Xədicə İsmayılla bağlı sərt bəyanat

20.02.2014 - 14:19

ABŞ senatorundan Xədicə İsmayılla bağlı sərt bəyanat

“İttihamlar açıq-aşkar uydurmadır və mahiyyət etibarilə cəzalandırma məqsədi güdür”

ABŞ Helsinki Komissiyasının (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) sədri, senator Benjamin Kardin “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayıla (İsmayılova) davamlı təzyiqlərə cavab olaraq bəyanat verib. Bəyanatda deyilir: 

Davamlı və çirkin hücumların hədəfi 

“Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovanın təhlükəsizliyi və azadlığı üçün narahatçılıq keçirirəm. Araşdırıcı jurnalistika fəaliyyətinə görə, xanım İsmayılova hökumətin davamlı və çirkin hücumlarının hədəfinə çevrilib. O, indi də Birləşmiş Ştatlar üçün casusluqda ittiham olunur. Bu ittihamlar açıq-aşkar uydurmadır və mahiyyət etibarilə cəzalandırma məqsədi güdür. Helsinki Komissiyası Azərbaycan hökumətini bütün jurnalistlərə qarşı təqibi dayandırmağa, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iştirakçı üzvü kimi media azadlığına hörmət etməyə çağırır.
Xanım İsmayılovaya qarşı təzyiq və onun dindirilməsi Azərbaycanda azad söz hüququndan yararlanan fəalların kədərli siyasi motivli həbslərinin bir hissəsidir. 2013-cü il prezident seçkisi ərəfəsində prezidentliyə potensial namizəd İlqar Məmmədov da daxil olmaqla, cinayət ittihamları ilə saxlananların siyahısı təşviş yaradır. Hətta Anar Məmmədli kimi seçki müşahidəçiləri də həbsdən yayına bilməyib. Cənab Məmmədli 2 aylığa saxlanıb. Azərbaycan hökuməti bu ilin iyulunda ATƏT Parlament Assambleyasına ev sahibliyi edəcək. Biz hökuməti bitkin təhlükəsizliyin əsas elementləri sayılan hüququn aliliyi və digər fundamental azadlıqlara hörmət etməyə çağırırıq.

Helsinki Komissiyasına ABŞ Konqresinin yuxarı və aşağı palatalarının – Senat və Nümayəndələr Palatasının hərəsindən 9 nəfər, Dövlət, Müdafiə və Ticarət Departamentlərinin hərəsindən 1 nəfər üzv daxildir (azadliq.org).

Short URL: http://www.cumhuriyyet.net/?p=4452

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930