Natiq Cəfərli millət vəkilini lağa qoydu

20.02.2014 - 14:36

Natiq Cəfərli millət vəkilini lağa qoydu

REAL hərəkatının icra katibi Natiq Cəfərli bu gün öz facebook səhifəsində millət vəkili Hacı Madər Musayev haqqında status paylaşıb
Politika.Az xəbər portalı həmin statusun oxucular üçün maraqlı olacağını nəzərə alıb, yayımlayır:
“Ölkəmizdə analoqu olmayan təyin olunmuş deputatlar çoxdur, amma, bir nəfər var ki, artıq az qala 25 ildir deputatdır, amma, parlamentdə cəmi bir dəfə danışıb. Söhbət Hacı Madər Musayevdən gedir.
Olmuş əhvalat. Murtuz müəllimin spiker olan vaxtlarında parlamentdə “Əmək məcəlləsi” müzakirə olunur, bu zaman söz istəyənlərin qeydiyyatında, ekranda Hacı Madərin də adı yazılır. Hamı şoka düşür, adam bu illər ərzində bir dəfədə danışmayıbmış. Murtuz müəllim sözü verir Hacıya.
Hacı Madər: – Ala bu nədu ala yazmusuz bura? “İşverən”, olmaz ala, egebdu, bizim kendde buna pis baxurlar ala, çıxardun ala bunu burdan…
Hacı Mədarın bu təklifi keçir, mətndə dəyişiklik edilir, və “işverən” sözü “işə götürən” sözü ilə əvəz olunur. Həci düz deyirdi da ala da, söz əvəz olunur, amma, parlamentdə hələ də işverənlər qalır…”.

Short URL: http://www.cumhuriyyet.net/?p=4454

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930