Qərib Məmmədovdan məmurlara şok zərbə

20.02.2014 - 14:43

Qərib Məmmədovdan məmurlara şok zərbə

“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədovun göstərişi ilə Bakının rayonlarında qanunsuz olaraq zəbt olunmuş torpaq sahələri ilə bağlı dəlilli-sübutlu xüsusi sənəd hazırlanır”
Bu ilginc məlumatı Nazirlər Kabinetindəki mötəbər mənbə verib.
Xəbəri verən qaynaq iddia edir ki, həmin sənəddə hətta hazırda da vəzifə başında olan nüfuzlu məmurların özləri və yaxınları tərəfindən zəbt edilmiş böyük torpaq sahələri ilə bağlı məlumatlar yer almaqdadır: “Təbii ki, Qərib Məmmədovun belə bir sənədi hazırlatması təsadüfi ola bilməz”.
Məlumata görə, komitə sədrinə də bu barədə “yuxarıdan” göstəriş verilib: “Əldə olunan sənədlərlə bağlı hüquqi addımın atılacağı da istisna deyil. Təbii ki, burada daha çox zərərçəkən həmin torpaq sahələrinin qanunsuz olaraq sənədləşdirilməsində əsas iştirakçı tərəf kimi çıxış edən bələdiyyələrin rəhbərləri olacaq”.
Onu da bildirək ki, bu günlərdə Qərib Məmmədov mətbuata açıqlama verərək bələdiyyə sədrlərini özbaşınalıqda ittiham etmişdi və komitə sədri bildirmişdi ki, bəzi bələdiyyələr hətta öz dairələrinə aid olmayan ərazilərlə bağlı da qərar veriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=4456

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930