BDU-dan tələbələrin aksiyası ilə bağlı açıqlama

20.02.2014 - 15:59

BDU-dan tələbələrin aksiyası ilə bağlı açıqlama

Sabah tələbələr Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə rektorla görüşəcək
“Bir neçə gün bundan əvvəl facebook sosial şəbəkəsində bir qrup tələbə Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı etiraz aksiyası keçirmək məqsədilə çağırış ediblər. Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhilə əlaqədar mətbuatda məlumatlar verilib. Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbəbləri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhdi ediblər”. Bu sözləri BDU-nun mətbuat xidmətinin əməkdaşı Pərvanə İbrahimova bu gün universitetdə keçirilən aksiyanı dəyərləndirərək öz “Feysbuk” səhifəsində yazıb.
P.İbrahimova qeyd edib ki, BDU tələbələrinin bir hissəsi etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub: “Bəzi qızışdırıcı şəxslərin təşəbbüslərinə baxmayaraq, tələbələr qərarın mahiyyətini başa düşərək aksiyanı tərk ediblər. Aksiya 8-10 dəqiqə davam edib. Bir sıra mətbuat orqanlarında tədbirə polislər tərəfindən müdaxilə edilməsi fikri yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, əvvəlcədən olan razılaşmaya əsasən, Qazaxıstan Respublikası parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüş keçiriləcək və polis əməkdaşları həmin tədbirə görə BDU-ya gəlib. Bir daha bildiririk ki, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb”.
(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4460

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031