D18 Hərəkatından Xədicə İsmayıla dəstək

20.02.2014 - 16:29

D18 Hərəkatından Xədicə İsmayıla dəstək

D18 Hərəkatı araşdırmaçı jurnalist Xədicə İsmayılın istintaqa cəlb olunması və son vaxtlar ona qarşı aparılan kampaniya ilə bağlı etiraz bəyanatı verib. 
Hərəkatdan Musavat.com-a daxil olan bəyanatda deyilir : “Xədicə İsmayılın məlum araşdırma yazılarından sonra ona qarşı qaralama və şantaj kampaniyasının başladığı göz qabağındadır. Son günlərdə onun guya xarici xidmət orqanları əməkdaşlarına “casus siyahısı” təqdim etdiyi haqda bəzi media orqanlarında məlumatların yayılması da bu kampaniyanın tərkib hissəsidir.  Xədicə İsmayıl hələ bir neçə il əvvəl sosial şəbəkələrdə yayılmış, “MTN-in xidməti sənədi” kimi təqdim olunan materialı təkrar yaymasına görə dərhal Baş Prokurorluğa istintaqa çağırılması jurnalistə qarşı atılan siyasi bir addımdır. Baş Prokurorluğun Xədicə İsmayıla qarşı açdığı cinayət işi hakimiyyəti ifşa etdi. Bir daha göstərdi ki, MTN ölkənin təhlükəsizliyilə yox, ölkədə fəaliyyət göstərən siyasi qurumlara qarşı parçalayacı bir xətt tutub.  İstintaqın getdiyi bir zamanda millət vəkili Ceyhun Osmanlının da səs yazması haqda iddiası bir daha göstərir ki, bu siyasi bir qərardır. Xədicə xanımın son zamanlar apardığı araşdırma yazılarına gör hakimiyyət təzyiq edir.”
D18 Hərəkatı Xədicə İsmayıla tam dəstək verdiyini bildirir və ona  qarşı aparılan təqib-təzyiq siyasətin pisləyir. (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=4461

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031