Ərçivanda gərginlik yaşanır

20.02.2014 - 17:11

Ərçivanda gərginlik yaşanır

Astaranın Ərçivan kəndində əhali ilə yerli hökumət arasında gərginlik yaşanır. Gərginliyə səbəb kəndin “Odnoklasniki” sosial şəbəkəsində təhqir edilməsi, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının isə bu təhqirə yol verənin tapılması ilə bağlı sakinlərin tələblərinə məhəl qoymamasıdır.
Kənd sakinləri bir neçə gün qabaq bununla bağlı etiraz aksiyası keçirib, Astara-Bakı yolunu bağlamışdılar. Sakinlər yerli hakimiyyətə tələblərinin yerinə yetirilməsi üçün 3 gün vaxt vermişdilər.
Bu gün isə kənddə həbslər olub. Bu barədə azadliq.info-ya yerli mənbələrdən bəlli olub. Məlumatda deyilir ki, bir neçə nəfər saxlanaraq, polisə aparılıblar. Həbslər kənd sakinlərinin bir neçə gün qabaq keçirdiyi aksiya ilə bağlıdır. Həbs edilənlərdən yalnız birinin adını dəqiqləşdirmək olub – Famil Şükürov. 
Bundan başqa kənddə qara maskalı əməliyyatçıların da peyda olduğu deyilir. Bu isə kənd camaatında hansısa əməliyyatın həyata keçiriləcəyi haqda təşviş yaradıb.
Hazırda sakinlər kəndin mərkəzində toplaşaraq polsiə aparılanların aqibətindən xəbər gözləyirlər. Saxlanılanların buraxılmayacağı təqdirdə kənddə böyük etiraz aksiyasının keçiriləcəyi gözlənilir.
Kənd sakinlərindən Vaqif Əhmədoğlu azadliq.info-ya deyib ki, baş verənlərə görə icra başçısı Qəzənfər Ağayev məsuliyyət daşıyır. Çünki o, kənd sakinlərinin tələbinə qulaq asmaqdansa, özünə yaxın şəxsləri ağsaqqallar adı altında yığaraq iclas keçirib, vəziyyətdən çıxmağa çalışır.(azadlıq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4464

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829