ABŞ Ukrayna hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır

21.02.2014 - 09:57

ABŞ Ukrayna hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır

ABŞ Ukraynada zorakılığa görə məsuliyyət daşıyan ölkə hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ vitse-prezidenti Ukrayna prezidenti Viktor Yanukoviçlə telefon danışığı zamanı bildirib.   
 
“ABŞ vitse-prezidenti Kiyevin küçələrində dinc sakinlərə qarşı tətbiq edilən zorakılığı qəti şəkildə pisləyib. O Yanukoviçi təhlükəsizlik qüvvələrini – milis dəstələrini, snayper, hərbi və hərbiləşdirilmiş birləşmələri dərhal geriyə çəkməyə çağırıb”, deyə məlumatda bildirilir.
 
“Vitse-prezident aydın şəkildə bildirib ki, Ukraynada zorakılığa görə məsuliyyət daşıyan ölkə hökumətinin vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır”, deyə Ağ Evin açıqlamasında bildirilir. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4466

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031