Mirzə Xəzərdən Bakı merinə inanılmaz ittiham…

21.02.2014 - 10:06

Mirzə Xəzərdən Bakı merinə inanılmaz ittiham…

Hacıbala Abutalıbovun “ölkədə bircə kişi var, o da cənab prezidentimizdir” açıqlaması həftənin deyil, çox güman ki, illərin lətifəsi olacaq və Azərbaycan adına hər birimizə xəcalət hissi gətirəcək ki, bizi idarə edənlər psixoloji-mənəvi baxımdan hansı yarlığa sığır…
Politika.Az xəbər verir ki, bununla bağlı moderator.az-a fikirlərini paylaşan tanınmış ictimai xadim Mirzə Xəzər də bizimlə həmrəydir və hesab edir ki, H. Abutalıbov qeyri-ciddi adam olduğunu bir daha sübut edi:
“Hacıbala müəllimin sözünə ciddi yanaşmayın. Özü də bilmir nə deyir. Onun yadına salmaq istəyirəm ki, iki il qabaq Maqsud Mahmudov adında bir biznesmen Hacıbala Abutalıbovun oğlu İsrafili məhkəməyə vermişdi. İddiaçı deyirdi ki, İsrafil onun pulunu yeyib və vermək istəmir. Mahmudovun bir sözü yadımda qalıb: “Adam kişi olar, pulumu verin!” Məhkəmədə maraqlı hadisə baş vermişdi. Məhkəmə Mahmudovu zaldan qovmuşdu. Adamlarda kişilik axtaran və məhkəmənin ədalətinə inanan sadəlövh ticarətçi məhkəmə zalından qovulanda deyib: „Onda belə çıxır ki, kimisə təhqir etsələr, papağına tüpürsələr, gedib məhkəməyə müraciət etməlidir ki, məni söyüblər? Bəs mənlik, kişilik hara getdi? Sözümü deyirəm, məni məhkəmə zalından çıxarırsız. Sözümüzü harada deyək? Allah qarğa deyil ki, haramçılıq edənin gözünü çıxarsın. Adamda vicdan, kişilik olar.” 
Hacıbala Abutalıbovun “Azərbaycanda bir kişi var…” sözü göstərir ki, adamda nə vicdan olar, nə də kişilik. Çünki, bura Azərbaycandır! Azərbaycan Hacıbala kimilərin pəncəsindədir…”
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4467

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031