Rusiyadan Azərbaycana qadağa

21.02.2014 - 10:20

Rusiyadan Azərbaycana qadağa

Moskvada  3-cü Tverskaya küçəsi, 14/16-da tikilməli olan Azəbaycan Mədəniyyət Mərkəzinin inşaatına icazə veriməyib. Moskva şəhərsalma-tikinti komissiyası indi burda yaşıllıq salmağa hazırlaşır. 
Moskva şəhər duması, inşaat qadağasına səbəb olaraq inşaatçı firmanın işləri gecikdirməsi və yerli sakinlərin etirazını əsas göstərir. Azərbaycan Mədəniyyət mərkəzi üçün nəzərdə tutulmuş sahədə indi itlərini gəzdirən yerli sakinlərsə verilən qərardan razıdırlar.
Uzun illərden bəri Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını gözləyən Azərbaycan diasporunun fikrincə, isə qoyulmuş qadağa erməni lobbisinin işidir.
Bununla belə, Azərbaycan diasporu verilmiş qərara yenidən baxılması üçün Moskva bələdiyəsinə müraciət etməyə hazırlaşır.
Diaspor nümayəndələrinin sözlərinə görə, ünvanlanacaq müraciətdə Azərbaycanın Moskvada mədəniyyət mərkəzinin olmasının vacibliyi ilə yanaşı Bakıda Rusiya mədəniyyət mərkəzinin fəaliyyət göstərməsi vurğulanacaq. Rusiyanın ictimai xadimləri arasında Azərbaycana dəstək verənlər də kifayət qədərdir. 
Yazıçı, Oleq Kuzentsov: “Mən dəfələrlə Bakıda olmuşam. Orda Rusiya Mədəniyyət Mərkəzini və rusca təhsil verən məktəbləri görmüşəm. Bu ölkədə rus dilinə və mədəniyyətinə olan münasibət təqdirəlayiqdir. Moskvada isə Azərbaycan Mədəniyyət Mərkəzinin inşasına qadağa qoyulması ağılasığan hal deyil. Ümid edirəm bu məsələ müsbət həllini tapacaq” 
Moskvada Azərbaycan mədəniyyət mərkəzinin tikilməsi məsələsi ətrafında gedən müzakirələrdə diqqəti çəkən bir məqam da var. Torpağın 2003-cü ildə ayrılmasına və tikintinin başlanmasına icazə alınmasına baxmayaraq bu işlər niyə indiyə qədər başlamayıb? Azərbaycanın Rusiyadakı səfirlyindən məlumat verdilər ki, iki ölkə arasında humanitar əməkdaşlıq sahəsində əldə olunan razılığa görə 2015-ci ildək belə bir mədəniyyət mərkəzinin açılması nəzərdə tutulur.
(avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4469

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930