Prezidentin ailəsini aparan təyyarə geri qaytarıldı

21.02.2014 - 10:44

Prezidentin ailəsini aparan təyyarə geri qaytarıldı

Almaniya hava limanları Ukrayna təyyarələrini qəbul etmir; hakim “Regionlar Partiyası”nın 14 deputatının istefası xəbəri də yayılıb
Politika.Az-a daxil olan məlumata görə, Ukrayna prezidenti Viktor Yanukoviçin ailə üzvlərinin də olduğu təyyarə Vyana hava limanına qəbul olunmayıb və geri qaytarılıb. Xarici media qaynaqları da ad çəkmədən ümumi şəkildə məlumat yayıblar ki, Ukraynanın bir sıra vəzifəli şəxslərini və onların yaxınlarını daşıyan təyyarələr ayrı-ayrı Avropa ölkələrinin paytaxtlarına qəbul olunmayıblar. Onların bəzilərini isə hava limanında gözlədərək, daha sonra geriyə uçan təyyarələrə mindiriblər. 
Musavat.com-a elektron poçtla Avropadakı (redaksiyanın yaxşı tanıdığı) qaynaqdan gələn xəbərdə iddia olunur ki, Yanukoviçin çarter reyslə Avstriyanın paytaxtı Vyanaya gələn bəzi ailə üzvləri də hava limanında saxlanıblar və geriyə, onların öz seçimi ilə Moskvaya uçan təyyarəyə otuzdurulublar. Məlumatı digər qaynaqlardan təsdiqlədə bilmədik. 
Lakin 20 avqust tarixli xəbər gününün sonunda Ukrayna mediası məlumat yaymışdı ki, Yanukoviçin ailə üzvləri – böyük və kiçik oğullarının ailəsi olan iki təyyarə “Borispol” aeroportundan havalanıb. Bu barədə Ukrayna deputatı Oleq Lyaşko Facebook hesabında yazıb. O, əlavə edib ki, “Borispol” aeroportunun VİP terminalında hakim “Regionlar Partiyası”nın deputatları Saldo və Povaliy da olublar: “Xalqın qəzəbindən qaçırlar. Qoy, o zaman heç qayıtmasınlar”. 
Əlavə olaraq onu da qeyd edək ki, eyni qaynaq müsavat.com-a yazıb ki, hakim “Regionlar Partiyası”nın 14 üzvü istefa verib.
P.S. Saat 03.30 radələrində Avropadakı qaynağımız yazdı ki, Frankfurt hava limanı ukraynadan uçan təyyarəni içərisində vəzifəli məmurlar və onların yaxınları olması məlumatı üzündən qəbul etməyib: “4 ədəd xüsusi təyyarə isə Stutqart hava limanindan geri, havalandıqları Odessaya qaytarılıb”.
(politika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=4471

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930