Xocalı prospektini su basdı

21.02.2014 - 11:33

Xocalı prospektini su basdı 

Bakının Xətai rayonunda yerləşən Xocalı prospektini su basıb. Musavat.com-un məlumatına görə, bununla əlaqədar Xocalı abidəsinin yerləşdiyi parkda faciənin ildönümü ilə bağlı aparılan hazırlıq işləri müvəqqəti olaraq dayanıb. Suyun parkın ərazisinə keçməməsi üçün tədbir görülüb. Hadisə yerinə “Azərsu” ASC-nin və Nəqliyyat Nazirliyinin əməkdaşları gəliblər. “Azərsu”nun Qəza Xidmətinin əməkdaşlarından musavat.com-a verilən məlumata görə, Bakı Ali Neft Akademiyasının yanında su borusunun partlaması nəticəsində Xocalı prospektini su basıb. Onların sözlərinə görə, ümumi xəttə verilən su kəsildikdən sonra boru təmir olunacaq və ya dəyişdiriləcək. 
Qəza ilə bağlı bu prospektdən keçən avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Hazırda xüsusi nasoslarla su prospektdən çəkilərək kanalizasiyaya axıdılır.(avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4476

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031