Bakıda dəmiryolçular aksiya keçirdi

21.02.2014 - 12:54

Bakıda dəmiryolçular aksiya keçirdi

Fevralın 21-də bir müddət əvvəl xarici reyslərdən kənarlaşdırılan dəmiryolçular Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Musavat.com-un məlumatına görə, aksiya iştirakçıları illərdir yığılıb qalan maaşdan kənar səyahət pullarını tələb ediblər. Onların sözlərinə görə, 2001-ci ildən bəri həmin pul bilərkdən onlara verilməyib. Bu məbləğ hər il üçün 180 manat təşkil edir.
Dəmiryolçular işdən kənarlaşdırılmaların bir səbəbi kimi səyyahət üçün verilməli olan məbləği görürlər: “ “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi bu pulları bələdçilərə ödəməyib. Vaqonalrda şərait bərbad gündədir. Bizə qatarı qızdırmaq üçün yandırmağa kömür yerinə qum verirdilər. Halbu ki, siyahıda neçə kisə kömür silinirdi. Rəhbərlik bunun cavabını qanun qarşısında verməlidir”.
Dəmiryolçuların nümayəndəsi isə Prezident Adminsitrasiyasının qəbul şöbəsində şikayətlərinin Nəqliyyat Nazirliyinə və “Azərbaycan Dəmir Yolları” QSC-yə göndəririldiyini söylədi: “Biz Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-dən şikayət edirik, bunlar həmin məktubu onlara göndərir. Bunu da qəsdən edirlər.  Bilərəkdən  korrpusiya əməllərini üst-bastır edirlər”.
(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4483

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031