Bakıda uçqun olub

21.02.2014 - 13:28

Bakıda uçqun olub

Bu gecə Bakının Səbail rayonunda sakinlər həyəcanlı anlar yaşayıb. ANS PRESS-in məlumatına görə, Bayıl qəsəbəsinin Aydın Məmmədov küçəsində yaşayan 13 ailə gecəyarısı dəhşətli səslər eşidib. Sakinlər çölə çıxan zaman, qonşuluqdakı doqquzmərtəbəli binanın fasadının uçduğunu görüblər. 
Sakinlərin sözlərinə görə, iki il əvvəl yaxınlıqdakı doqquzmərtəbəli binanın fasadına vurulan daşlar uçub. Qopan daşlar həyətə düşüb. Yatağından qalxan bəzi sakinlər çölə çıxmaq istəsələrdə buna nail ola bilməyiblər. Çünki tökülən daşların bir qismi qapının açılmasına mane olub. 
Hadisə yerinə mütəxəssislər cəlb olunub. Səbail rayon İcra Hakimiyyətinin əməkdaşı İsrafil Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda hadisə yerində mütəxəssislər çalışır.
“Yaxınlıqdakı bəzi tikililər köçürülür. İndi sakinlər buna təşvişdədir. Hazırda orada heç bir problem yoxdu”, – deyə İsrafil Kərimov bildirib.
(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031