Müsavatdan YAP-çı deputata sərt cavab

21.02.2014 - 13:44

Müsavatdan YAP-çı deputata sərt cavab

İkram İsrafil: “Musa Quliyevin narahatlığı üçün heç bir əsas yoxdur” 
Deputat Musa Quliyev mətbuata açıqlamasında Müsavatın son qurultayı və adıçəkilən partiyanın gələcək aqibəti ilə bağlı bədbin fikirlər səsləndirib. M.Quliyev bildirib ki, əgər Müsavat Partiyasının qurultayı baş tutarsa, bu, həmin partiyanın son qurultayı olacaq. Bundan başqa, millət vəkili hesab edir ki, İsa Qəmbər başqan olmayacağı təqdirdə, Müsavat daha ağır və böhranlı vəziyyətlə üzləşəcək. 
Politika.Az xəbər verir ki, bu barədə açıqlama verən sabiq millət vəkili, Müsavat Partiyası Divanının üzvü İkram İsrafil M.Quliyevin narahatlığı üçün əsas görmədiyini qeyd etdi: “Doğrusu, Musa Quliyevin narahatlığı nəyə görədir, bunu anlamaqda çətinlik çəkirəm. Əgər narahatlığı Müsavatdan yanadırsa, əmin edirəm ki, biz müsavatçılar kimsənin narahat olmasına imkan verməyəcəyik. Yox, əgər Musa müəllim bütün bunları Müsavatın məhz dediyi duruma düşməsini arzu edib deyirsə, yenə də bizlər bu arzuların gerçəkləşməsinə imkan verməyəcəyik. Odur ki, öncə bizə qurultayımızı keçirmək üçün müvafiq yer ayırsınlar, sonra arzularının gerçəkləşməsini gözləsinlər. Müsavat Partiyası haqqında təsəvvürləri olmayanlar hər cür fikir səsləndirə bilərlər. Müsavat Partiyası Azərbaycanda yeganə partiyadır ki, bütün seçkili qurumlarına gizli səsvermə yolu ilə, eyni zamanda alternativ namizədlərlə rəqabət şəraitində seçkilər keçirir. Müsavat Partiyası Musa müəllimin də fəxrlə adını çəkdiyi, yaşadığı və sevdiyi, bilirəm ki, sevir, Azərbaycan dövlətini quran, dünyaya tanıdan bir dəyərdi. Gərək hər kəs Müsavat haqqında danışanda, proqnoz verəndə bunları nəzərə alsın. Müsavat Partiyası qurultayını keçirəcək, başqanını da seçəcək, fəaliyyətini də hər zaman olduğu kimi doğma Azərbaycanımız və dəyərli xalqımızın maraqlarından yana davam etdirəcək”.
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4487

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031