BDU-da rektorun narazı tələbələrlə görüşü sona çatıb

21.02.2014 - 14:19

BDU-da rektorun narazı tələbələrlə görüşü sona çatıb

BDU-nun rektoru Abel Məhərrəmovun narazı tələbələrlə görüşündə müxtəlif çıxışlar olub. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, çıxış edən tələbələrdən biri bildirib ki, müəllim ondan 70 manat rüşvət istəyib. Tələbə onu da vurğulayıb ki, “Mən Qarabağ şəhidinin qızıyam. Və mənim rüşvət vermək üçün pulum yoxdur”.
Tələbənin çıxışı onun zaldakı yoldaşları tərəfindən alqışlarla qarşılanıb. 
Ancaq BDU-nun rektoru həmin çıxışa cavab olaraq, bildirib ki, tələbənin rüşvətlə bağlı dediklərinə inanmır və həmin tələbəni məhkəməyə verəcək.
Son məlumata görə, BDU rektoruyla tələbələrin görüşü sona çatıb. Görüşdən sonra BDU-nun mühafizə xidməti tələbələrlə jurnalistlərin ünsiyyətinə əngəl törətməyə çalışıb.
Musavat.com-un əməkdaşı onu da bildirib ki, dünən saxlanılaraq bu gün səhər buraxılan fəal tələbə Hüseyn Novruzov yenidən sürüklənərək naməlum istiqamətə aparılıb.  
(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=4489

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930