Şamil Basayevə pulu Azərbaycan məmuru ötürüb – Şok təfərruat

21.02.2014 - 14:55

Şamil Basayevə pulu Azərbaycan məmuru ötürüb – Şok təfərruat

Ərəb ölkələrindən Çeçenistan mücahidlərinə gələn pul Azərbaycandan keçib
Bu informasiya Politika.Az-a etibarlı mənbədən verilib. İnformasiyanı verən şəxs uzun müddət Çeçenistanın Türkiyədə təmsilçisi olan İsa Abzatovun etiraflarını qeydə alıb. Qeydlərdə İsa Abzatovun hansı vasitələrlə çeçen döyüşçülərinə pul göndərildiyi yazılıb. Həmçinin pulun göndərilməsində Bakıdan “X” adlı məmurun vasitəçilik etdiyini qeyd edib. Ərəblərdən Xəttaba və Şamil Basayevə pul axırdı Məktubda bildirilir ki, İsa Abzatov çeçen liderlərindəndir və uzun illər Türkiyədən Çeçenistan savaşı üçün pul toplayan bu şəxsin Nəcməddin Ərbakanın partiyası ilə çox yüksək əlaqələri olub. “O vaxt Maqomedov və Əhməd Kadırov Bakıya gəlmişdilər. Burada “X” adlı məmurla görüşmüşdülər və o da istənilən yardımı göstərməyə hazır olduğunu demişdi. Danışıq belə olmuşdu ki, həmin şəxs ərəb ölkələrindən gələn pulun Azərbaycandan Dağıstana ötürülməsinə yardım etməliydi. Dağıstana ötürülən pul ordan da çeçenistana gedəcəkdi. Pulu “X”ın şəxsi cangüdəni Maqomedova çatdırmalıydı. Əvəzində isə “X”-a pulun 10 faizi verilirdi. Pullar dolayısı ilə Şamil Basayev və Xəttaba çatdırılacaqdı”. Pulun göndərilmə marşrutu Qeyd olunur ki, pul Bakıya ərəb ölkələrindən vasitəçilərlə gətirilirdi: “Pulu Bakıya Abul Hur adlı ərəb göndərirdi. Burada isə Züheyr adlı Yəmən vətəndaşı qəbul edirdi. Züheyrin keçmiş “İnqilab” küçəsində icarəyə götürdüyü evi var idi. Züheyr pulu “X”ın cangüdənindən qəbul edir və pay götürülürdü. Daha sonra pul Xəttabın Bakıdakı digər adamı – Dağıstan vətəndaşı Avar İbrahim vasitəsilə Maqomedovun mühafizəçilərinin rəhbərinə təqdim edilirdi. Xüsusi xidmət cinayətin izinə düşür İsa Abzatov etiraflarında bildirib ki, Xəttab öldürüldükdən sonra pulu ötürdüyümüz marşrutun xüsusi xidmət orqanları tərəfindən ifşa olunduğunu bildik: “O yola hamı güvənirdi və nə qədər sirli olduğu bilinirdi. Rusiya da bundan istifadə edərək, Xəttaba zəhərli məktub göndərmişdi. Bundan əvvəl isə birinci zərbəni Əhməd Kadırov vurmuşdu. Çünki Ə.Kadırov artıq ruslara satılmışdı”. 
Avar İbrahimin meyiti zibillikdən tapılır Bakıda vasitəçi olan Züheyrə sonralar Qətərdə Dini İşlər Nazirliyində vəzifə verilib. Maraqlıdır ki, Zübeyr Yəmən vətəndaşlığını daşıyıb. Həmin “X” adlı məmura gəlincə isə onunla bağlı məlumatlar yoxa çıxıb: “İsa Abzatov deyir ki, Xəttab öləndən sonra vəziyyət çox qarışdı. Ortada şübhələrin sayı həddən artıq çox idi. Bunlardan biri də zəhərli məktubun Avar İbrahimin vasitəsilə göndərilməsiydi. 
Az sonra Avar İbrahimin meyiti Yeni Yasamalda zibil qutusundan tapıldı…” Qeyd edək ki, Xəttab məşhur çeçen terrorçularından olub və uzun zaman Rusiya xüsusi xidmət orqanlarının siyahısında axtarılan əsas şəxslər sırasında yer alıb. Əslən Səudiyyə Ərəbistanından olan Xəttab 2002-ci ildə öldürülüb. Sələfilərin Qafqazda ən məşhur nümayəndələrindən hesab olunub. İsa Abzatov isə Türkiyədə uzun müddət çeçen döyüşçülər üçün yardım toplayıb. Aslan Mashadovun Ankarada rəsmi təmsilçisi olan bu şəxs onun ölümündən sonra da burada fəaliyyətini davam etdirib. O, 1999-cu ildə verdiyi müsahibəsində Rusiyanın Xəzər neftinə sahib çıxmaq üçün ölkəsini işğal etdiyini bildirmişdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4491

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031