SSRİ-nin Aralda gizlətdiyi qorxunc silahlar üzə çıxdı – FƏLAKƏT
21.02.2014 - 15:40
SSRİ-nin Aralda gizlətdiyi qorxunc silahlar üzə çıxdı – FƏLAKƏT
Dünyanın ən böyük 4-cü gölü hesab olunan, lakin son 50 ildə 90 faizi quruyan Aral gölü bu gün ekoloji faciə ilə üz-üzədir. “Axar.az” xəbər verir ki, bu gölün quruması başqa bir ekoloji faciəni də özü ilə bərabər gətirir. Göldə yerləşən və bioloji cəhənnəm kimi tanınan “Vozrojdeniye” adası ilə bağlı şok faktlar üzə çıxıb.
Keçmiş SSRİ dövründə Aral gölünə axan Amudərya və Sırdərya çaylarının sularının pambıq tarlalarına axıdılması nəticəsində 60-cı illərdən bəri qurumağa başlayan Aral gölü 90 faiz azalaraq, əvvəlki sahilindən 170 kilometrə qədər geri çəkilib.
Sovet hökuməti İkinci Dünya Müharibəsi zamanı alman ordusundan bioloji silah laboratoriyalarını gizlətmək üçün həmin silahları Aral gölündə yerləşən “Vozrojdeniye” adasına köçürüb. 1954-1990-cı illərdə SSRİ tərəfindən 40-a yaxın bioloji silahın sınaqdan keçirildiyi bu ada suyun çəkilməsi ilə tamamilə quruya birləşib.
Ekspertlər adanın naməlum bir yerinə yüz tonlarla Sibir xorası bakteriyalarının basdırıldığını iddia edirlər. Həmin bakteriyaların ABŞ və Avropanın bütün əhalisini bir neçə həftə ərzində öldürməyə bəs edəcəyi də bildirilir. İddialara görə, gölün sularının tamamilə quruması nəticəsində adanın qumları quruya çıxacaq və ərazi üçün tam ekoloji fəlakətə çevriləcək. Keçmiş Sovet Bioloji Müharibə Sənayesinin önəmli şəxslərindən olan Ken Alibek verdiyi açıqlamada SSRİ Müdafiə Nazirliyinin Sibirdəki yeraltı anbarlarda yerləşən 100 tondan artıq Sibir xorası bakteriyalarının xüsusi vaqonlara yüklənərək Arala göndərildiyini deyib. Bundan başqa Sovet ordusu 50-ci illərin ortalarından başlayaraq göldə bakterioloji silah sınaqları da keçirib. Hər il Sibir xoralarından yaradılan bakteriloji silahlar “Vozrojdeniye” adasında sınaqdan keçirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=4493