“Ukrayna parçalana bilər”- Rüstəm İbrahimbəyov

21.02.2014 - 16:59

“Ukrayna parçalana bilər”- Rüstəm İbrahimbəyov

Mən Ukraynadakı prosesləri ürəkağrısı ilə izləyirəm. Ölənlər, yaralananlar var. Ölkədə qan tökülüb. Proseslərin müsbət sonluqla bitəcəyini arzulayıram. Amma buna ümid azdır. Ukrayna parçalana bilər”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Ukraynada baş verənlərə münasibət bildirərkən qeyd edib.

“Ukraynada baş verənlərdə Rusiyanın əli varmı” sualına R.İbrahimbəyov belə cavab verib: “Dəqiq deyə bilmərəm. Amma Ukraynadakı proseslərdə xarici qüvvələrin, o cümlədən, Rusiyanın marağı var. Amma bu maraqlar hansı dərəcədədir və nədən ibarətdir onu deyə bilmərəm”.

“Ukrayna müxalifəti hakimiyyətə gələ bilərmi” sualını kinorejissor belə cavablandırdı: “Bu cür mübarizə ilə hakimiyyətə gəlmək müsbət şey deyil. Qan tökməklə hakimiyyətə gələndə, hakimiyyətdə qalan da məsuliyyət daşıyır. İstəməzdim ki, Ukraynada belə hallar yaşansın”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4497

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031