Ziya Məmmədov camaata indi də telefon nömrəsi paylayır

21.02.2014 - 17:44

Ziya Məmmədov camaata indi də telefon nömrəsi paylayır

Yol hərəkəti qaydalarını pozan və sərnişinlərlə kobud rəftar edən sürücülərin müəyyənləşdirilməsi üçün sərnişinlərdən kömək istənilib.
Belə ki, Nəqliyyat Nazirliyinin müfəttişləri dayanacaqlarda sərnişinlərə telefon nömrələri paylamaqla sürücülər haqqında məlumat vermələrini tapşırırlar. Bundan əlavə, marşurut sahiblərinə avtobuslarda xəttə məsul şəxsin telefonunun yerləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.
Bu barədə virtualaz.org saytına nəqliyyat müfəttişləri məlumat veriblər.
“Bakısərnişinnəqliyyat”dan da məlumatı təsdiqləyiblər. Qurumdan virtualaz.org saytına bildiriblər ki, avtobuslarla bağlı reydlər keçirilir. Avtobusu dayanacaqdan kənarda saxlayan, sərnişinlərlə kobud rəftar edən, sükan arxasında siqaret çəkən sürücülər haqqında ciddi tədbirlər görüləcək.
Qeyd edək ki, ötən il avtobuslarda yerlərin sayından artıq sərnişin aparılması da qadağan edilmişdi. Lakin bu qadağan cəmi bir ay qüvvədə qaldı. Hazırda xətdə olan avtobuslar tələbatı ödəmədiyindən qadağa qüvvədə qalmadı. Avtobusların dayanacaqdan kənarda saxlanılması yasağı isə yalnız mərkəzi küçələrdə keçərlidir.
Onu da yada salaq ki, nazir Ziya Məmmədov nəqliyyat sahəsindəki fəlakətli vəziyyəti düzəltmək üçün indiyə qədər rəngbərəng, çeşidbəçeşid əməliyyatlar aparıb. Gah yolları qazıb təzədən düzəldib, gah dayanacaqları söküb təzəsini qoyub, gah körpü çəkib, gah tunel qazıb, gah oyuncaq olmaqdan o yana keçməyən intellektual idarəçilik sistemi təttbiq edib, gah müfəttişləri kol dalında gizlədərək sürücüləri pusdurub, gah da sürücülərə uniforma geyindirib… Amma bunların heç birindən kar aşmayıb. İndi də camaata telefon paylayır. Görək bu teatrdan nə çıxacaq…
Virtualaz.org
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4501

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031